Jurnalistika fakültəsi “Zərdabi” Media Könüllüləri layihəsini reallaşdıracaq

19/06/2020

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsi Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi münasibətilə “Zərdabi” Media Könüllüləri layihəsini reallaşdıracaq. Layihə Prezident cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncamı və Parlament Jurnalistləri Birliyinin (PJB) yubileylə əlaqədar start verdiyi işlər planı çərçivəsində həyata keçiriləcək.

PJB-nin  təşəbbüsü ilə  yaradılacaq “Media Könüllüləri Təşkilatı”nın (MKT) üzvləri ilkin olaraq Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin I-IV kurs  tələbələrindən ibarət olacaq. Başlanğıcda könüllülərin sayı Milli Mətbuatın yaranmasının 145 illiyinə uyğun olaraq, 145 nəfər (tələbə-könüllü) təşkil edəcək.  Təşkilat üzvləri PJB-nin təmsil olunduğu media qurumlarda təcrübə keçmək imkanı əldə edəcəklər. Fəal tələbələr isə qurumun idarə heyətində yer alacaq.

“Zərdabi” Media Könüllüləri layihəsinin məqsədi Azərbaycanda könüllülük hərəkatına dəstək vermək, yerli və beynəlxalq əhəmiyyətli tədbirlərə qoşulmaq, ictimai-siyasi həyatda aktiv xidmət və təbliğat aparmaq, tələbələrin jurnalistika sahəsində bilik və bacarıqlarını artırmaqdır.

Xəbərlər

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
19/10/2026

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
19/10/2026

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər
19/10/2026