Jurnalistika fakültəsində görüş

03/05/2016

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsi, BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi və "Gənc Reportyorlar Birliyi"nin təşkilatçılığı ilə son günlərdə Rusiya telekanallarındakı çıxışları ilə Azərbaycanın haqlı mövqeyini müdafiə edən jurnalist Fuad Abbasovla görüş keçirilib.
Tədbirin moderatoru "Gənc Reportyorlar Birliyi"nin sədri Rəşid Mustafazadə aprel hadisələrini xatırladaraq qonağı təqdim edib.
Jurnalistika fakültəsinin tədris işləri üzrə dekan müavini Əli Hacıyev qonağı fakültədə görməkdən şad olduğunu və məhz belə bir dövrdə tələbələrlə fikir və təcrübə mübadiləsinin aparılmasının zəruri hesab etdiyini bildirib.
THİK sədri Daşqın Qənbərov tədbirin əhəmiyyətindən danışaraq tələbələri informasiya müharibəsində fəal olmağa, bilik və bacarıqlarını əsirgəməməyə dəvət edib.
Rusiya televiziya kanallarında Azərbaycanın Dağlıq Qarabağ münaqişəsindəki haqlı mövqeyini müdafiə edən və müxtəlif təzyiqlərə məruz qalan Fuad Abbasov gənc jurnalistlərlə öz təcrübəsini paylaşıb.
Tələbələrin sualları ilə davam edən tədbir qonaqla xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.

Mətbuat və informasiya şöbəsi, 03 may 2016-ci il.

Xəbərlər

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
19/10/2026

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
19/10/2026

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər
19/10/2026