Jurnalistika fakültəsində magistratura pilləsində dissertasiya işlərinin müdafiəsi yekunlaşıb

01/07/2021

Bakı  Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində magistratura səviyyəsi üzrə dissertasiya işlərinin müdafiəsi yekunlaşıb. Müdafiələr 060204 - Jurnalistika ixtisası, altı ixtisaslaşma - Radiotelejurnalistika, Radio və televiziya yayım menecmenti, Media və kommunikasiya sistemləri, Beynəlxalq jurnalistika, Publisistik jurnalistika, Jurnalistikanın nəzəriyyəsi ixtisaslaşmaları üzrə keçirilib. Ayrı-ayrı ixtisaslaşmalar üzrə  dissertasiyaların iki Müdafiə Komissiyası 3 gün ərzində fəaliyyətini davam etdirib. Müdafiə Komissiyasının sədrləri Respublikanın nüfuzlu jurnalistlərindən  olan Azərbaycan televiziyası və radio verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri, filologiya elmləri doktoru Rövşən Məmmədov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAC)  İdarə Heyətinin sədri Aslan Aslanov olublar.

Üç gün davam edən  müdafiədə 16 nəfər magistrant çıxış edib. Müdafiə edənlər sırasında Beynəlxalq jurnalistika ixtisaslaşması üzrə təhsil alan iki əcnəbi (Çex Xalq Respublikası vətəndaşları) magistrant da yer alıb. İddiaçılar araşdırmalarının aktuallığından, elmi yeniliyindən, nəzəri və təcrübi əhəmiyyətindən, aprobosiyasından danışaraq, fəsillər və yarımfəsillər haqqında geniş məlumat verib, əldə etdikləri nəticələri qeyd ediblər.

Sonda Şura üzvlərindən Vüqar Əliyev, Cahangir Məmmədli, Qulu Məhərrəmli, Həmid Vəliyev, Nəsiman Yaqublu və Sevinc Əliyeva çıxış edərək magistrantlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayaraq dissertasiya işlərini müsbət qiymətləndiriblər.

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 6-10-da Drakonid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 6-10-da Drakonid meteor yağışı olacaq”
01/10/2026

BDU alimlərinin 3 layihəsi Azərbaycan Elm Fondunun 2026-cı il üzrə əsas qrant müsabiqəsinin qalibi olub

BDU alimlərinin 3 layihəsi Azərbaycan Elm Fondunun 2026-cı il üzrə əsas qrant müsabiqəsinin qalibi olub
01/10/2026