Jurnalistika fakültəsində qazi məzunlarla növbəti görüş keçirilib

01/11/2021

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Vətən müharibəsi iştirakçıları olan məzunlarla silsilə görüşlər keçirilir. Növbəti görüşünün qonaqları - ehtiyatda olan baş leytenant, jurnalist  Pərviz Aslanov və fakültənin 2020-ci il məzunu Tağı Həsənov olub.

Tədbiri giriş sözü ilə açan Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev qonaqları salamlayaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərdən bəhs edib. V.Əliyev şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın həmrəyliyindən söz açıb.

Vətən müharibəsi iştirakçısı Pərviz Aslanov keçdiyi döyüş yolundan, xüsusilə Şuşa döyüşlərində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun qazandığı qələbədən danışıb, eyni zamanda bu dövrdə medianın fəaliyyətini, informasiya müharibəsində də əldə edilən uğurları diqqətə çatdırıb.

44 günlük Vətən müharibəsinin digər iştirakçısı Tağı Həsənov Füzuli, Cəbrayıl və Zəngilan istiqamətində gedən döyüşlərdən bəhs edib. Cəbrayılın işğaldan azad edilməsi uğrunda aparılan əməliyyatlarda şahidi olduğu qürurverici məqamları, Zəngilan rayonunun Vejnəli kəndində  döyüş yoldaşları ilə birgə düşmən tərəfindən pusquya düşdüyü anları tədbir iştirakçıları ilə bölüşüb.

Qeyd edək ki, Pərviz Aslanov “Füzuli, Qubadlı, Şuşanın azad olunması”, Tağı Həsənov isə “Füzuli, Cəbrayılın azad olunması” və “İgidliyə görə” medalları ilə təltif olunublar.

Tədbirin sonunda Jurnalistika fakültəsinin professorları Cahangir Məmmədli, Həmid Vəliyev, dekan müavini Sevinc Əliyeva Vətən müharibəsində iştirak edən qəhrəmanlarımıza təşəkkürlərini bildirərək, onlara  suallar ünvanlayıblar. Diskussiya formasında davam edən tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Xəbərlər

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur
11/10/2026

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026