Jurnalistika fakültəsinin müəllimlərinin tədris metodik vəsaitləri dərc edilib

04/04/2014

Jurnalistika fakültəsinin, beynəlxalq jurnalistika kafedrasının müəllimləri, dosentlər  İlham Mazanlı, Vüqar Əliyev və Təranə Mahmudovanın tədris metodik vəsaitləri dərc edilib.

Vüqar Əliyev və Təranə Mahmudovanın müəllifliyi ilə işıq üzü görən “Beynəlxalq informasiya mübadiləsi: forma və metodları” adlı  vəsait Jurnalistika və Pablik Rileyşnz ixtisaslari üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub. Vəsait beynəlxalq informasiya mübadiləsinin, onun forma və metodlarının araşdırılması, düzgün anlaşılması məsələlərinə həsr olunub.

V.Əliyevin “Xaricdə müxbir məntəqələrinin iş xüsusiyyətləri” adlı vəsaiti isə xaricdə müxbir məntəqələrinin fəaliyyət istiqamətlərinin, iş prinsiplərinin araşdırılması, düzgün anlaşılması məsələlərinə həsr olunub.

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Xarici ölkələrin müasir KİV sistemi” adlı vəsait isə İlham Mazanlı və Vüqar Əliyevin müəllifliyi ilə çıxıb. Vəsaitdə xarici ölkələrin müasir KİV sistemi, inkişaf istiqamətləri, oxşar və fərqli xüsusiyyətləri öz əksini tapıb.











Mətbuat və informasiya şöbəsi, 04 aprel 2014-ci il.

Xəbərlər

BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçiriləcək

BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçiriləcək
15/07/2025

BDU ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azərbaycan milli mətbuatının 150 illik yubileyinə önəmli töhfəsi

BDU ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azərbaycan milli mətbuatının 150 illik yubileyinə önəmli töhfəsi
15/07/2025

BDU İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb

BDU İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb
15/07/2025