Jurnalistika fakültəsinin dosenti İstanbulda Türk Dünyası Sənədli Film Festivalının toplantısına qatılıb

11/09/2017

Türk Dünyası Qəzetəçilər Federasiyasının təşkilatçılığı, Azərbaycan Mətbuat Şurası və Bakı Dövlət Universitetinin birgə dəstəyi  ilə keçirilən II Türk Dünyası Sənədli Film Festivalı münsiflətr heyətinin növbəti toplantısı İstanbulda baş tutub.

İstanbul Universitetindən dosent Şükrü Sim, Marmara Universitetindən Ezgi Dinçerden, Nigde Ömer Halis Demir Universitetindən Memduh Yağmur, Amasiya Universitetindən Timur Yılmaz, Doğu Akdeniz Universitetindən Pembe Tölük, Qırğızıstan –Türkiyə Manas Universitetindən Stambulbek Mambetaliyevin daxil olduğu münsiflər heyətində Bakı Dövlət Universitetini  Jurnalistika fakültəsinin dosenti Sevinc Əliyeva təmsil edib. Münsiflər  finala  vəsiqə qazanmaq üçün 7 ölkə, o cümlədən 8 şəhəri təmsil edən yarışma iştirakçılarının filmlərini  dəyərləndiriblər.

Məlumata görə, seçim turunda ümumilikdə 80-ə yaxın film izlənilib ki, onlardan 60-ı  peşəkar sinemaçılar, digərləri isə universitet tələbələrinin çəkdikləri sənədli filmlər olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri iki film təqdim ediblər.

Mətbuat və informasiya şöbəsi, 11 sentyabr 2017-ci il

Xəbərlər

BDU-da arxeoloji qazıntılardan əldə edilən sümük nümunələrinin genetik DNT analizinin aparılması planlaşdırılır

BDU-da arxeoloji qazıntılardan əldə edilən sümük nümunələrinin genetik DNT analizinin aparılması planlaşdırılır
14/01/2025

BDU-nun Astrofizika kafedrası: "2025-ci ildə 3 dəfə “planetlərin böyük paradı” müşahidə olunacaq"

BDU-nun Astrofizika kafedrası: "2025-ci ildə 3 dəfə “planetlərin böyük paradı” müşahidə olunacaq"
14/01/2025

BDU-da “Konstitusiya və Suverenlik İli” adlı kitab sərgisi

BDU-da “Konstitusiya və Suverenlik İli” adlı kitab sərgisi
13/01/2025