Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

21/06/2019

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində magistratura səviyyəsi üzrə dissertasiya işlərinin müdafiəsi keçirilib. Magistrantlara uğurlar arzulayan müdafiə şurasının sədri, tanınmış jurnalist, Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın İdarə Heyətinin sədri, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının prezidenti, Dünya Xəbər Agentlikləri Konqresi Bürosunun üzvü Aslan Aslanov magistrantların uğurlu işlər ərsəyə gətirdiyini xüsusi vurğulayıb, məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Müdafiə şurasının sədri deyib: “Çox istərdim ki, jurnalistika fakültəsinin yuxarı kurs tələbələri universitet auditoriyalarında qazandıqları nəzəri bilikləri ölkənin aparıcı KİV-lərində əməli təcrübə ilə daha da möhkəmləndirsinlər. Gələcəyin jurnalistləri daha çox dil bilməli, arxivlərdə işləməyi bacarmalı, müasir informasiya texnologiyalarından daha mükəmməl istifadə vərdişlərinə yiyələnməlidirlər. Bunlara isə mətbu qurumlarda intensiv təcrübə yolu ilə yiyələnmək mümkündür”.

İdarə Heyətinin sədri AZƏRTAC ilə BDU-nun jurnalistika fakültəsi arasında müqavilə bağlanmasını təklif edib. Belə ki, fakültənin 10-15 bakalavr və magistrantı Agentlikdə uzunmüddətli istehsalat təcrübəsi keçər, redaksiyaların iş prinsipi ilə tanış olar, xəbər istehsalı prosesində iştirak edər və biz özünü doğruldan məzunları işə götürə bilərik. A.Aslanov məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra 7 magistrant “XX əsrin əvvəllərində Azərbaycanda çıxan bir mətbu orqanın transliterasiyası”, “Kaspi” - müasir mətbuatın müstəqil qəzet modeli kimi”, “Bədii publisistika sənədlilik və müəllif təxəyyülü kontekstində”, “Azərbaycan satirik jurnalistikasında xalq yaradıcılığından istifadənin forma və metodları”, “Müasir mətbuatda vətənpərvərlik mövzuları”, “Dövlətçiliyin və milli maraqların qorunmasında medianın rolu”, “Azərbaycan publisistikasında müstəqillik ideyaları (“Odlar Yurdu” və “Yeni fikir” qəzetlərinin materialları əsasında. 1988-1991)” mövzularında dissertasiya işlərini müdafiə edib. Onlar dissertasiya işləri ilə bağlı sualları cavablandırdıqdan sonra opponent rəyləri dinlənilib.

Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu magistrantların dissertasiya işlərinin müdafiəsində AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun iştirakını, təklif və tövsiyələrini yüksək qiymətləndirib, müdafiəyə buraxılan işlər haqqında müsbət fikirlərini söyləyib.

 

Mətbuat və informasiya şöbəsi, 21 iyun 2019-cu il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024