Jurnalistika fakültəsinin müəllimi beynəlxalq konfransa dəvət edilib
27/11/2010
Dekabrın 2-dən 5-dək Şimali Kipr Türk Cümhuriyyətinin Lefke şəhərində Avrasiya Ekonomik İlişkilər Dərnəyi və Lefke Avropa Universitetinin birgə təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək. «XXI əsrdə türk dünyası» adlanan konfransda Türkiyə, Azərbaycan Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Kosova, Makedoniyadan elm adamları, millət vəkilləri və jurnalistlər iştirak edəcəklər.
Konfransda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, «Jurnalistika» Elmi-Tədqiqat laboratoriyasının müdiri Vüqar Əliyev «Ortaq türk informasiya məkanının formalaşması» mövzusunda məruzə edəcək.
Mətbuat və informasiya şöbəsi

Xəbərlər
BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
