“Kainatın kimyəvi təkamülündə elementlərin yaranma mərhələləri” 

12/03/2026

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Kimyanın tədrisi metodikası kafedrasının müəllimi Xanımbacı Məmmədovanın “Kainatın kimyəvi təkamülündə elementlərin yaranma mərhələləri” mövzusunda elmi seminarı keçirilib.

Kafedra müdiri, professor Xəlil Nağıyev kafedrada görülən işlər və elmi seminarların əhəmiyyəti barədə məlumat verib.

Məruzəçi Xanımbacı Məmmədova bildirib ki, kosmos təkcə ulduzlar, qalaktikalar və planetlərdən ibarət deyil, həm də mürəkkəb kimyəvi proseslərin baş verdiyi təbii laboratoriyadır. Ulduzlarda baş verən nüvə reaksiyaları nəticəsində hidrogen və heliumdan başlayaraq daha ağır elementlər əmələ gəlir və bu elementlər kosmik tozlar vasitəsilə kainata yayılır. Bu proseslər kimyanın fundamental qanunauyğunluqlarını aydın şəkildə nümayiş etdirir. Məruzədə qeyd olunub ki, bu proseslərin kimya elminin tədrisində tətbiq imkanları araşdırılıb. Xüsusilə elementlərin yaranması, yayılması və qarşılıqlı təsiri ilə bağlı şagirdlər üçün əlçatan izah nümunələri təqdim edilib. Ulduzlarda baş verən böyük partlayışların kimyəvi mənzərəsi, molekulyar buludlarda sintez prosesləri və kosmik tozların tərkibindəki maddələr haqqında maraqlı elmi məlumatlar verilib. Bildirilib ki, bu mövzunun kimya dərslərində izahı şagirdlərdə fənlərarası əlaqələrin möhkəmlənməsinə, elmi dünyagörüşün formalaşmasına və yaradıcı-tədqiqat bacarıqlarının inkişafına şərait yaradır.

Seminar iştirakçıların mövzu ətrafında apardıqları müzakirələr və sualların cavablandırılması ilə yekunlaşıb.

Xəbərlər

Qürur və ehtiram günü

Qürur və ehtiram günü
27/09/2026

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
25/09/2026

BDU-da Anım Günü qeyd olunub

BDU-da Anım Günü qeyd olunub
25/09/2026