Dövlət Vergi Xidməti BDU-da infosessiya keçirib

28/04/2025

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin təşkilatçılığı ilə Hüquq fakültəsinin tələbələri üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) əməkdaşları tərəfindən “Dövlət Vergi Xidməti Yay Təcrübə Proqramı”, “Azərbaycan Respublikasının vergi sistemi” və “İqtisadi təhlükəsizliyin qorunmasında vergi orqanlarının rolu” mövzularında infosessiya keçirilib.

BDU-nun Karyera və məzunlarla iş Mərkəzinin Karyera planlaşdırılması şöbəsinin müdiri Günel Qurbanova ilk öncə mərkəzin fəaliyyət istiqamətləri, tələbə və məzunlar üçün faydaları haqqında məruzə edib. Bildirib ki, BDU-nun hər bir tələbə və məzunu Mərkəzin xidmətlərindən yararlanaraq, əmək bazarına daha uğurla daxil olmaq imkanı əldə edir. Hazırda keçirilən infosessiya da məhz Hüquq fakültəsinin tələbə və məzunlarının əmək bazarına hazırlıqlı daxil olmasını təmin edəcək.

DVX-nin İnsan resursları baş idarəsinin İşə qəbul şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Xumar İsmayılova tədbir iştirakçılarını Xidmətin Yay Təcrübə Proqramı, iştirak şərtləri ilə tanış edib.

DVX-nin Tədris Mərkəzinin Vergi inzibatçılığının tədrisi şöbəsinin rəisi Ülkər Kazımova  “Azərbaycan Respublikasının vergi sistemi” mövzusu üzrə Azərbaycanda vergi sistemi, vergilərin müəyyən edilməsi, vergitutmanın formaları, vergi orqanlarının hüquq və vəzifələri, maddi təminatı və digər dövlət orqanları ilə qarşılıqlı fəaliyyəti, vergi münasibətlərinin iştirakçıları, şöbənin əməkdaşı Zahir Babayev isə “İqtisadi təhlükəsizliyin qorunmasında vergi orqanlarının rolu” mövzusu üzrə iqtisadi və sosial tənzimləmədə, iqtisadi təhlükəsizliyin qorunmasında, hüquq pozuntuları ilə mübarizədə vergi orqanlarının rolu kimi məsələlərə aydınlıq gətiriblər.

Tədbirin sonunda iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

 

Xəbərlər

BDU-da elmi seminar: “Quran dilinin özünəməxsus tərkibləri”

BDU-da elmi seminar: “Quran dilinin özünəməxsus tərkibləri”
11/02/2026

BDU məzunları üçün karyera inkişaf layihəsinə start verilib

BDU məzunları üçün karyera inkişaf layihəsinə start verilib
11/02/2026

BDU-da Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş silsilə tədbirlərə başlanılıb

BDU-da Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş silsilə tədbirlərə başlanılıb
10/02/2026