“Kağız qəbir” filminin BDU-da təqdimatı keçirilib

17/02/2017

Bu gün Bakı Dövlət Universitetində Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşəbbüsü, Türk Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM) dəstəyi ilə  çəkilmiş “Kağız qəbir” adlı filmin təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə universitetin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektorluğun əməkdaşı  Rəşad Hüseynov açaraq filmin ilk dəfə BDU-da nümayiş olunduğunu bildirib.

AYB-in mətbuat xidmətinin rəhbəri və İLESAM-ın Azərbaycandakı əlaqələndiricisi, filmin ideya rəhbəri, şair Xəyal Rza tədbiri giriş sözü ilə açaraq film haqqında məlumat verib. Bəşəri ağrını, həqiqi soyqırımı əks etdirən filmin Türkiyədə də ictimaiyyətə təqdim olunacağını bildirib. Sonra çıxış edən Türk Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin rəhbəri Mehmet Nuri Parmaksız çıxış edərək filmin çəkilişlərinin Qubanın İkinci Nügədi kəndində aparıldığını bildirib.

Qeyd edək ki, filmin ssenari müəllifi və rejissoru Elçin Arifoğlu olan tammetrajlı filmin baş rolları aktyorlar - Anar Əliyev və Leyla Babayeva canlandırıblar.  Filmin təşkilati dəstəyi Azərbaycan Yazıçılar Birliyidir.

Mətbuat və informasiya şöbəsi, 17 fevral 2017-ci il.

Xəbərlər

BDU-da geodinamik proseslərin şəhərsalmaya təsiri tədqiq olunur

BDU-da geodinamik proseslərin şəhərsalmaya təsiri tədqiq olunur
17/04/2026

BDU-da ustad dərsi: “Peyk məlumatlarının şəhərsalma və kadastr işində tətbiqi”

BDU-da ustad dərsi: “Peyk məlumatlarının şəhərsalma və kadastr işində tətbiqi”
17/04/2026

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri BDU-nun Tarix fakültəsində

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri BDU-nun Tarix fakültəsində
17/04/2026