“Kazan Universiteti və Azərbaycanda həndəsənin inkişafı” adlı kitab Rusiyada çapdan çıxıb

08/06/2021

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Cəbr və həndəsə kafedrasının müdiri, əməkdar elm xadimi, professor Arif Səlimov və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və mexanika İnstitutunun şöbə müdiri professor Ramiz Aslanovun həmmüəllifi olduğu “Kazan Universiteti və Azərbaycanda həndəsənin inkişafı” adlı kitab işıq üzü görüb. Kitab Rusiyanın “Eydos” nəşriyyatında çapdan çıxıb.
Kitabda Azərbaycanda və Rusiyada həndəsənin tarixi, görkəmli riyaziyyatçı alimləri  və əldə edilmiş nailiyyətlərindən bəhs edilib. Həmçinin XX əsrdə yaşamış Azərbaycan həndəsəçisi AMEA-nın müxbir üzvü Maqsud Cavadovun və müasir Kazan həndəsə məktəbinin yaradıcısı, professor A.P.Nordenin (1904-1993) elmi yaradıcılığı və  yaratdıqları elmi məktəblər xüsusi qeyd edilib. Kitab Azərbaycanın görkəmli riyaziyyatçısı Maqsud Cavadovun 120 illiyinə həsr olunub.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026