“İki bədəndə bir can, Türkiyə-Azərbaycan – Əli bəy Hüseynzadə və Ziya Gökalp” simpoziumu keçirilib

24/11/2010

Bu gün Bakı Dövlət Universitetində Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin təşəbbüsü ilə “İki bədəndə bir can, Türkiyə-Azərbaycan – Əli bəy Hüseynzadə və Ziya Gökalp” simpoziumu keçirilib. Rektor, akadimik Abel Məhərrəmov türk dünyasının tanınmış şəxsiyyətləri, milli ideologiyanın daşıyıcıları haqqında bu səpkili tədbirlərin keçirilməsini təqdirəlayiq sayıb. Türk dünyasının vahid dili və himninin olmasına toxunan rektor qeyd edib ki, bu, türk dövlətlərinin birgə tədbirlərində iştirakçıların bir-biri ilə daha yaxşı anlaşması baxımından əhəmiyyətlidir.

Akademik Abel Məhərrəmov ortaq türk dilinin BMT-də beynəlxalq dil statusu almasının vacibliyindən də danışıb: “Bu amil türklərin dünyada imkanlarını artıracaq. Necə ki, Avropa İttifaqı mövcuddur, eləcə də Türk Birliyi adlı qurum da yaradılmalıdır. Bu qurum türklərin inteqrasiyasına nail olmalıdır. Yüz ildən çox vaxt keçməsinə baxmayaraq, Əli bəy Hüseynzadənin və Ziya Gökalpın düşüncələrinin, ideyalarının əhəmiyyəti bəlli olur. Türk Birliyi yaradılan zaman bu şəxslərin ideoloji baxışlarından da bəhrələnmək zəruridir”.

 

Professor Tofiq Hacıyev isə bildirib ki, həm Ə.Hüseynzadənin, həm də Z.Gökalpın siyasi fəaliyyəti gənc yaşlarından başlayıb: “Əli bəy Hüseynzadə Qafqazın şeyxülislamı Əhməd Salyaninin nəvəsidir. Onun ailəsi və təmasda olduğu insanlardan aldığı təlim-tərbiyə Əli bəy Hüseynzadənin cəmiyyətdə yüksək səviyyəli ziyalı kimi formalaşmasına səbəb olub. Təsadüfi deyil ki, Atatürk deyirdi mənim iki atam var, biri doğma atam Əlirza, ikincisi isə mənəvi atam Ziya Gökalp. Ziya Gökalp isə türkçülüklə bağlı Əli bəy Hüseynzadəni özünə müəllim sayırdı. Hətta Əli bəy Hüseynzadəyə öz dövründə türklüyün imamı da deyirdilər”.

Simpoziumda professor İzzət Rüstəmov, yazıçı və müğənni Əhməd Şafak da çıxış edib.

Mətbuat və informasiya şöbəsi

Xəbərlər

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
28/03/2024

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
28/03/2024

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub
28/03/2024