Kimya fakültəsində Dihalogendiazadienlərin sintezi və onlardan üzvi sintezdə əlverişli sintonlar kimi istifadə edilməsi müzakirə edilib

23/02/2021

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində növbəti elmi seminar “Dihalogendiazadienlərin sintezi və onlardan üzvi sintezdə əlverişli sintonlar kimi istifadə edilməsi” mövzusuna həsr olunub.

Seminarda Üzvi kimya kafedrasının professoru Namiq Şıxaliyev bu mövzuda təqdimatla çıxış edərək katalitik olefinləşmə reaksiyası, aldehid və ketonların N-əvəzolunmamış hidrazonlarının əsasi mühitdə, CuCl-in katalitik miqdarında, müxtəlif polihalogenalkanlarla reaksiyalarından müvafiq heminal dihalogen əvəzli olefinlərin sintezi haqqında məlumat verilib. Tədqiqat işində alınmış yeni nəticənin əvvəlki katalitik olefinləşmə reaksiyasından üstün cəhətlərə malik olması sübut edilərək reaksiya məhsulunun tərkibində iki funksional reaksiya mərkəzlərinin, həm heminal dihalogen əvəzli ikiqat rabitənin, həm də azo qrupun olması (qoşulmuş dixlordiazabutadien) onların üzvi sintez baxımından nə qədər əhəmiyyətli sinton olduğu göstərilib.

Xəbərlər

Fədakarlıq, zəriflik bayramı

Fədakarlıq, zəriflik bayramı
08/03/2026

BDU-nun “Tələbə evi”ndə Beynəlxalq Qadınlar Günü qeyd olunub

BDU-nun “Tələbə evi”ndə Beynəlxalq Qadınlar Günü qeyd olunub
08/03/2026

Bu gün görkəmli jurnalist Nəsir İmanquliyevin anım günüdür

Bu gün görkəmli jurnalist Nəsir İmanquliyevin anım günüdür
07/03/2026