Kimya fakültəsində Milli Qurtuluş Gününə həsr olunmuş onlayn tədbir keçirilib

16/06/2020

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Həmkarlar Təşkilatının (THT) təşəbbüsü ilə 15 iyun - Milli  Qurtuluş Gününə həsr olunmuş onlayn tədbir keçirilib.

Tədbir iştirakçılarını Milli Qurtuluş Günü münasibətilə təbrik edən moderator, Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov bu tarixi günün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olduğunu deyib, Ümummili Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində atılan əhəmiyyətli addımlar haqqında ətraflı məlumat verib. Müdrik Liderin dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən - müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim və əzmlə səy göstərərək, son dərəcə qiymətli qərarlar qəbul etdiyini vurğulayıb.

Daha sonra Milli Qurtuluş Günü münasibətilə hazırlanmış videoçarx nümayiş etdirilib, tələbələrin ifasında şeirlər səsləndirilib. Ulu Öndər Heydər Əliyevin xilaskar missiyası və dövlətçiliyimizin qorunmasındakı əvəzsiz xidmətləri haqqında məlumatlar iştirakçıların böyük marağına səbəb olub.

Kimya fakültəsinin dekanı Abdulsəyid Əzizov, dekan müavini Fuad Kərimli, kafedra müdirləri Teymur İlyaslı, Eldar Əhmədov, Yasin Cəfərov, Rasim Alosmanov, müəllim Elçin Əkbərov və fakültə THT-nin sədri Emin Qulusoy Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadiyyat, təhsil, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlardan söz açıblar, Ulu Öndərin dövlətçiliyin qorunması istiqamətində gördüyü qətiyyətli tədbirlərə diqqət çəkiblər. Bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin respublikanın hərtərəfli və sürətli inkişafı barədə ideyalarını bu gün Prezident cənab İlham Əliyev uğurla davam etdirir.

Microsoft Teams platforması üzərindən təşkil olunmuş tədbir sualların cavablandırılması ilə yekunlaşıb.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 118 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 118 il ötür
26/04/2026

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq
24/04/2026

BDU-nun Filologiya fakültəsinin tələbələri üçün nitq təlimlərinə başlanılıb

BDU-nun Filologiya fakültəsinin tələbələri üçün nitq təlimlərinə başlanılıb
24/04/2026