Kimyaçı qadınlar BDU-da dəyirmi masa keçirdilər

18/01/2011

Bu gün Bakı Dövlət Universitetində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə «Azərbaycan Kimyaçı qadınları «Beynəlxalq Kimya ili»ndə: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov YUNESKO tərəfindən 2011-ci ilin «Kimya ili» elan edilməsinin əhəmiyyətindən danışıb. Dəyirmi masada iştirak edən kimyaçıların bu sahənin inkişafı istiqamətində gördüyü işlərə diqqət çəkən rektor, qadınların ictimai-siyasi, elmi və digər sahələrdə oynadıqları xüsusi rola diqqət çəkib.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək dəyirmi masanın ölkədə kimya elminin inkişafında qadın alimlərin roluna həsr olunduğunu qeyd edib. Sədrin sözlərinə görə, ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət siyasətinin məntiqi nəticəsi kimi bütün sahələrdə qadınların fəaliyyəti üçün geniş imkanlar yaradılıb və bu istiqamətdə prezident İlham Əliyevin rəhbərliyi altında yeni uğurlu addımlar atılmaqdadır. Hicran Hüseynova onu da qeyd edib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın qadınların problemlərinə, onların ictimai həyatda aktiv rolunun təmin edilməsinə diqqəti bütün cəmiyyət üçün nümunədir.

Daha sonra Ombudsman Elmira Süleymanova və digər çıxış edənlər Azərbaycan kimyaçı qadınlarının elmimizə verdiyi dəyərli töhfələrdən danışıblar.

 

BDU-nun Mətbuat və İnformasiya şöbəsi

Xəbərlər

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti
01/01/2026

BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib

BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib
01/01/2026

Milli birlik və həmrəylik bayramı

Milli birlik və həmrəylik bayramı
31/12/2025