Kitablara həsr edilən ömür

07/01/2015

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Elmi Kitabxananın direktoru Sara İbrahimovanı yubileyi münasibətilə təbrik edib. Sara İbrahimovanın fəaliyyətini yüksək qiymətləndirən rektor onu Fəxri fərmanla təltif edib. Qeyd edək ki, 1961-ci ildən BDU Elmi Kitabxanasında əmək fəaliyyətinə başlayan Sara İbrahimova 31 ildir ki, kitabxanaya rəhbərlik edir. 18 qrantın, iki biblioqrafik göstəricinin, bir metodik vəsaitin, 40-a yaxın elmi və elmi-publisistik məqalənin müəllifi olan Sara İbrahimova Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub, “Azərbaycan Respublikası Əməkdar Mədəniyyət işçisi” fəxri adına layiq görülüb. Sara xanımı yubileyi münasibətilə təbrik edir, gələcək fəaliyyətində ona uğurlar diləyirik.

Mətbuat və informasiya şöbəsi, 07 yanvar 2015-cü il.

Xəbərlər

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
19/10/2026

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
19/10/2026

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər
19/10/2026