“Kitabxana-informasiya fəaliyyətinin inkişafında kitabxana birlikləri və peşəkar assosasiyaların rolu” mövzusunda elmi seminar keçirilib

27/11/2020

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində “Kitabxana-informasiya fəaliyyətinin inkişafında kitabxana birlikləri və peşəkar assosasiyaların rolu” mövzusunda onlayn elmi seminar keçirilib.

Onlayn tədbiri giriş sözü ilə açan Kitabxanaçılıq-informasiya dekanı vəzifəsini icra edən Ələmdar Cabbarlı bildirib ki, bu gün BDU-da elmi-tədqiqat işlərinin məzmununun yenilənməsi istiqamətində mühüm addımlar atılır. Hazırda Universitetdə bu istiqamətdə görülən işlərin, həyata keçirilən islahatların və müəyyənləşdirlmiş inkişaf strategiyasının təhlili deməyə əsas verir ki, Bakı Dövlət Universiteti yaxın gələcəkdə təhsilin səviyyəsinə, eyni zamanda elmi tədqiqatların məzmununa görə beynəlxalq reytinq agentliklərinin siyahısında daha ön yerləri tutacaq, nüfuzlu tədqiqat universitetinə çevriləcəkdir.

Elmi seminarda iştirak edən BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov tədbir iştirakçılarını Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı parlaq qələbələr münasibətilə təbrik edib, eyni zamanda bu günkü seminarda qoyulan mövzunun aktuallğından danışıb. O, işğaldan azad edilmiş əraziliərimizdə kitabxana sisteminin yenidən qurulmasından da bəhs edib, bu prosesdə Kitabxanaçılıq-informasiya fakültəsinin əməkdaşlarının iştirakının vacib olduğunu vurğulayıb.

Seminarda Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının professoru Xəlil İsmayılov “Kitabxana-informasiya fəaliyyətinin inkişafında kitabxana birlikləri və peşəkar assosasiyaların rolu” mövzusunda məruzə ilə çıxış edib. Professor məruzəsində kitabxanaçılıq-informasiya fəaliyyətinin inkişafında peşəkar birliklərin, assosasiyaların rolu barəsində ətraflı məlumat verib. Azərbaycanda Kitabxana İşinin İnkişafı Assosasiyasının bəhs olunan fəaliyyət sahəsində həyata keçirdiyi mühüm layihələr, eyni zamanda bu sahədə olan beynəlxalq əməkdaşlıq da məruzədə öz əksini tapıb.

Sonra məruzə ətrafında müzakirələr aparılıb. Kafedra müdirləri Nadir İsmayılov, Knyaz Aslan, Sevda Xələfova və başqaları məruzələrlə bağlı fikirlərini bildiriblər.

Microsoft Teams platforması üzərindən təşkil olunan tədbir çoxsaylı sualların cavablandırılması ilə başa çatıb.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib
25/04/2024

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş
25/04/2024