Kitabxanaçılıq-informasiya fakültəsində 2018-ci ilin yekunlarına həsr olunmuş iclası keçirilib

07/12/2018

Kitabxanaçılıq-informasiya fakültəsi Elmi Şurasının 2018-ci ilin yekunlarına həsr olunmuş iclası keçirilib. İclası giriş sözü ilə açan fakültə dekanı, dosent Azad Qurbanov gündəlik barədə iclas iştirakçılarına məlumat verib.

Dekan müavini, dosent Ələmdar Cabbarlı fakültənin 2018-ci ildəki elmi fəaliyyəti barədə geniş məruzə edib. O, bildirib ki, 2018-ci ildə Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə 1 Beynəlxalq, 3 Respublika konfransı keçirilib. Bu konfransların materillarında ümumilikdə 200-dən çox tezis çap edilib. Natiq qeyd edib ki, hesabat ilində faklütə üzrə 206 çap əsəri, o cümlədən 9-u xarici ölkələrdə olmaqla 146 məqalə və tezis, 6 monoqrafiya, 10 dərs vəsaiti, 40-dan çox fənn proqramı çap olunub. Sonra hər bir kafedra və əməkdaşın 2018-ci il üçün reytinq balları nəzərə çatdırılıb.

Daha sonra çıxış edənlər – rektorluğun nümayəndəsi dosent Mehman Abdullayev, kafedra müdirləri professor Xəlil İsmayılov, dosent Elçin Əhmədov, dosent Knyaz Aslan və dosent Nadir İsmayılov 2018-ci ildə yerinə yetirilən elmi-tədqiqat işləri barədə rəy və təkliflərini bildiriblər.

Mətbuat və informasiya şöbəsi, 07 dekabr 2018-ci il.

Xəbərlər

Bakı Dövlət Universiteti WUF13 çərçivəsində keçirilən “Urban Expo” sərgisində təmsil olunur

Bakı Dövlət Universiteti WUF13 çərçivəsində keçirilən “Urban Expo” sərgisində təmsil olunur
18/05/2026

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri BDU-da

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri BDU-da
18/05/2026

BDU-da “ASAN müraciət” informasiya sistemi barədə infosessiya

BDU-da “ASAN müraciət” informasiya sistemi barədə infosessiya
18/05/2026