Kitabxanaçılıq-informasiya fakültəsində kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası üzrə tələbə qəbulu aparılır

16/08/2022

Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsi ölkəmizdə kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq üzrə mütəxəssis hazırlayan əsas elm mərkəzidir. Fakültədə 4 kafedra və 2 tədris laboratoriyası fəaliyyət göstərir. Bakalavr pilləsində tələbələr II kursdan etibarən kafedralarda aparılan elmi-tədqiqat işlərinə cəlb olunurlar.  Fakültənin tələbə və magistrantları Tələbə Elmi Cəmiyyətinin xətti ilə tədqiqat aparmaq imkanına malikdirlər.

Fakültədə Kitabxanaşünaslıq, Biblioqrafiyaşünaslıq, Kitabxana resursları və informasiya axtarış sistemləri, Kitabşünaslıq və nəşriyyat işi kafedraları fəaliyyət göstərir. Kafedralarda müxtəlif elmi istiqamətlər üzrə əməkdaşların və gənc tədqiqatçıların iştirakı ilə tədqiqatlar aparılır.

Bakalavriat səviyyəsində kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası üzrə tələbə qəbulu həyata keçirilir.

Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası üzrə məzunlar fundamental bilik və bacarıqlar qazanmaqla ölkədə mövcud olan kitabxana infrastrukurunda, arxiv, muzey, nəşriyyat, mətbəə, qəzet və jurnallar, elektron media qurumları, dövlət və özəl təşkilatların mətbuat xidmətləri və digər sahələrdə çalışa bilərlər.

Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 117 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 117 il ötür
26/04/2025

BDU-da Azad Nəbiyevin 80 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

BDU-da Azad Nəbiyevin 80 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
25/04/2025

BDU və Özbəkistanın Nəvai Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və Özbəkistanın Nəvai Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
25/04/2025