Türkiyənin Bilkent Universitetinin professoru Əmirulla Məmmədov BDU-da mühazirə deyib

03/11/2022

Bakı Dövlət Universitetində (BDU) Bilkent Universitetinin Nanotexnologiya Araşdırma Mərkəzinin (NANOTAM) baş məsləhətçisi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun Rəyasət və İdarə heyətlərinin üzvü, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, professor Əmirulla Məmmədov ””Spin-off" elmi-tədqiqat şirkəti və onun təhsilin keyfiyyətinə təsiri” mövzusunda mühazirə deyib.

Tədbirdə çıxış edən rektor Elçin Babayev qeyd edib ki, Əmirulla Məmmədov Azərbaycan elminin və BDU-nun fəxridir. Əmirulla Məmmədovun elmi araşdırmalarının nəticələri fizika elminin müvafiq sahələrində və müdafiə sənayesində tətbiq olunur. Rektor bildirib ki, Əmirulla Məmmədovun öz elmi məktəbi və davamçıları var. Onun tələbələri dünyanın bir çox ölkələrində, eləcə də BDU-da elmi araşdırmalarla məşğul olurlar. Əmirulla Məmmədov Türkiyədə yaşamasına və çalışmasına baxmayaraq, elmi məqalə və nəşrlərində hər zaman ali təhsil aldığı, ilk elmi tədqiqatla məşğul olduğu və doğma münasibət bəslədiyi BDU-nun adını daim qeyd edir. O, BDU alimləri ilə həmişə ünsiyyətdədir və müzakirələrdə öz məsləhətlərini heç vaxt əsirgəmir. BDU-nun nümayəndə heyətinin Bilkent Universitetinə səfəri zamanı Əmirulla Məmmədovun göstərdiyi diqqət və qayğıya diqqət çəkən rektor alimin bugünkü məruzəsinin də önəmli mövzuya həsr olunduğunu deyib.

Əmrulla Məmmədov çıxışında hər dəfə Bakıya gələndə təhsil aldığı BDU-ya səfər etdiyini, Universitetin alim və tədqiqatçıları ilə müzakirələr apardığını qeyd edib.

Alim məruzəsində təhsilin elmlə vəhdət təşkil etdiyini, tələbələrin elmə marağının artırılması üçün müxtəlif tədbirlərə ehtiyac duyulduğunu vurğulayıb, təhsil sahəsində aparılan islahat və dəyişikliklərin önəmini diqqətə çatdırıb.

Əmirulla Məmmədov qeyd edib ki, “Spin-off” şirkəti Bilkent Universitetinin tədqiqatçıları tərəfindən yaradılıb və elmi nəticələrin kommersiyalaşdırılmasına xidmət edir. Bu cür şirkətin yaradılması üçün mütəxəssis və texnoloqlardan ibarət qrup formalaşdırılmalı, hazırlanmış məhsul üçün bazar müəyyənləşdirilməli və investisiya üçün maliyyə mənbələri axtarılmalıdır. Bilkent Universitetində fəaliyyət göstərən NANOTAM məhz belə qruplardan biridir. Əmirulla Məmmədov vurğulayıb ki, NANOTAM-da aparılan elmi-tədqiqat işlərinin nəticələri müdafiə sənayesində və ölkə iqtisadiyyatının digər sahələrində tətbiq edilir.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024