Koreya Respublikası təqaüd proqramı

19/11/2009

Bu təqaüd proqramı çərçivəsində seçilən namizədlər (bakalavr və magitratura üzrə)  Koreyanın ilk universitetlərindən biri olan Cheonju Universitetində təhsil almaq imkanı əldə edəcəklər.
Bakalavr kursları: 5 il (1 il Koreya dili kursu və 4 il bakalavr kursları); 
Magistr kursları: 3 il (1 il Koreya dili kursu və 2 il magistr kursları)
Sənədlərin son təqdimat günü:
1) 20.11.2009 bakalavr dərəcəsinə ərizə verənlər üçün
2) 20.03.2010 magistr dərəcəsinə ərizə verənlər üçün

Tələb olunan sənədlər:

1) Bir ədəd ərizə forması
2) İki ədəd 4cm X 5 cm rəngli şəkil
3) Öhdəliklər (yazılı formada)
4) Tərcümeyi-hal (yazılıl formada)
5) Təhsil planı (yazılı formada)
6) iki ədəd zəmanət məktubu (ərizəçinin müəllimi, professoru, məktəb direktoru, dekanı tərəfindən)
7) Sağlamlıq haqqında kağız (yazılı formada)
8) Bakalavr dərəcəsində təhsil almaq istəyənlərin bakalavr diplomunun bir ədəd surəti; magistr dərəcəsində təhsil almaq istəyənlərin bakalavr diplomunun bir ədəd surəti
9) Qiymət kitabçası
Bakalavr dərəcəsinə ərizə verənlərin orta məktəb qiymət kitabçasının bir ədəd surəti
Magistr dərəcəsinə ərizə verənlərin bakalavr qiymət kitabçasının bir ədəd surəti
10) Ərizəçinin və onun valideynlərinin xarici vətəndaşlıqlarına dair sənədlər (pasportun surəti və sairə)
11) Ərizəçi və onun valideynləri arasındakı qohumluq əlaqəsini sübut edən sənədlər (ailə qeydiyyatında olmasına dair sənədlər və sairə)
12) TOPIK (koreya dili imtahanı), TOEFL,TEPS və ya IELTS (ingilis dili imtahanı) imtahan sertifikatlarının surəti (bu sertifikatlardan birini əldə etmiş ərizəçilər uyğundur).
Ətraflı məlumat üçün Beynəlxalq  Proqramlar şöbəsinə müraciət edə bilərsiniz.

Xəbərlər

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026