Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri beynəlxalq forumda iştirak edib

02/05/2017

Qazaxıstan paytaxtında qaliblərin “Birlik nəticəsində əldə edilən böyük Qələbə: ön cəbhənin cəsarəti – arxa cəbhənin dözümü” adlı beynəlxalq forumu keçirilib.

Qazaxıstan və Rusiya prezidentləri Nursultan NazarbayevVladimir Putin forumun iştirakçılarına məktub imzalayıb.

Qazaxıstanın Mədəniyyət və idman naziri Arıstanbəy Məhəmmədiulı Nursultan Nazarbayevin  salamlama məktubunu oxuyub: “Böyük Vətən müharibəsində işğalçı faşistlər ilə döyüşlərdə həlak olan oğulların xatirəsini yad etmək mütləqdir. Hazırda hər bir respublika müstəqil dövlətdir, amma həlak olan hərbçilərin xatirəsi heç zaman unudulmayacaq”

Rusiya Federasiyasının regionlararası və xarici ölkələr ilə mədəni əlaqələr üzrə idarənin rəisi Vladimir Çernov isə Vladimir Putinin salamlama məktubunu oxuyub:  “Böyük Vətən müharibəsinin ildönümü bizi – fərqli siyasi görüşü, dini etiqadı və həyat təcrübəsi olan müxtəlif dövlətlərin insanlarını birləşdirir. Biz tarixi yaddaşımıza qayğı ilə yanaşmalı, müharibə haqqında həqiqəti qorumalı və onu böyüyən nəslə ötürməliyik. Böyük qələbə günü ərəfəsində keçirilən bu ənənəvi görüşlər ölkələrimizin həyatında mühüm hadisədir”.

Forumda bütün sabiq Sovet İttifaqı respublikalarının nümayəndələri iştirak ediblər.

Yekun hissədə BDU-nun Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, professor  Kamil Səlimovun Bakıya “Böyük Vətən müharibəsinin qəhrəman şəhəri” adının verilməsi təklifi forum iştirakçıları tərəfindən dəstəklənib.

Forumun yekunlarına görə, sovet xalqının şücaətinə dair faktların təkzib edilməsi cəhdlərinə yol verilməməsi üçün konkret tədbirlərin əks olunduğu qətnamə qəbul edilib.

Qeyd edək ki, tədbir MDB ölkələrinin Dövlətlərarası humanitar əməkdaşlıq fondunun dəstəyi ilə  “Şimal-Cənub” Politologiya Mərkəzi və “Avrasiya Tədqiqatlar İnstitutu” İnkişaf Fondu tərəfindən təşkil edilib.

Tədbirin məqsədi – Böyük Vətən müharibəsi haqqında sabiq Sovet İttifaqı xalqlarını birləşdirən tarixi hadisə kimi xatirənin saxlanılması, sabiq SSRİ-nin bütün xalqlarının Böyük Qələbəyə verdiyi töhfənin və bu xalqların rolunun aktuallaşdırmaq idi.

2010-cu ildən Forum Rusiyanın Tuapse, Vladiqafqaz, Volqoqrad, Kursk, Moskva şəhərlərində keçirilib. 2016-cı ildə forum qəhrəman-şəhər Minskdə keçirilib.

Mətbuat və informasiya şöbəsi, 02 may 2017-ci il

Xəbərlər

BDU-da elmi seminar: “Azərbaycanda İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının perspektivləri”

BDU-da elmi seminar: “Azərbaycanda İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının perspektivləri”
18/03/2024

BDU-da “Kitabxanalar və elmi kommunikasiya mühiti” mövzusunda elmi seminar keçirilib

BDU-da “Kitabxanalar və elmi kommunikasiya mühiti” mövzusunda elmi seminar keçirilib
18/03/2024

BDU-nun professoru Əsədulla Qurbanov vəfat edib

BDU-nun professoru Əsədulla Qurbanov vəfat edib
18/03/2024