İKT müsabiqəsinin qalibləri elan edilib

07/01/2014

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi məqsədi ilə qrantların verilməsi üzrə 2013-cü ildə keçirilmiş məqsədli birgə İKT müsabiqəsinin nəticələri elan edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 28 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın 29-cu bəndinə əsasən keçirilmiş məqsədli birgə İKT müsabiqəsi çərçivəsində 29 qalib layihə müəyyənləşdirilib. Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru akademik Əliyev Fikrət Əhmədəli oğlu rəhbərliyi ilə təqdim edilmiş “Elektron ticarətdə gəlirin maksimallaşdırılması problemləri” layihəsi də qalib layihələr arasındadır. Bu layihə 12 ay müddıtində  Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun  AMEA İqtisadiyyat İnstitutunun və  AFB Bankının əməkdaşları ilə birlikdə həyata keçiriləcəkdir. BDU əməkdaşları həmçinin “Əhalinin kompüter biliklərinin artırılması üçün elektron təlim resursların yaradılması”  və “Regional ekoloji monitorinq mərkəzi sisteminin riyazi modelləşdirilməsi və proqram təminatı” mövzularında qalib layihələrin yerinə yetirilməsində də iştirak edəcəklər.

Mətbuat və informasiya şöbəsi, 7 yanvar 2014-cü il.

Xəbərlər

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir
15/05/2026

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
15/05/2026

WUF13-ə həsr olunmuş “Urban Future – Gələcəyin şəhərləri” kitabının təqdimatı

WUF13-ə həsr olunmuş “Urban Future – Gələcəyin şəhərləri” kitabının təqdimatı
15/05/2026