Şəlalə Məmmədova Kanadanın Vaterlo Universitetinin nümayəndə heyətini qıbul edib

17/10/2012

Kanadanın Vaterlo Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Andre Jardin və Yüksək texnologiyalar fakültəsinin dekan müavini İlham Axundov BDU da olmuşlar. Görüşdə Elm və innovasiyalar üzrə prorektor prof Aydın Kazımzadə, Beynəlxalq əlaqələr və əməkdaşlıq üzrə prorektor dos.Şəlalə Məmmədova, Tətbiqi riyaziyyat və kibernetika, Mexanika riyaziyyat fakültələrinin dekanları iştirak etmişlər. Görüşdə gələcəkdə imzalanması nəzərdə tutulan ikitərəfli tələbə mübadiləsi müqaviləsinin şərtləri müzakirə olunmuşdur. Gələn ildən riyaziyyat və digər təbii elmlər üzrə 1-ci kursu müvəffəqiyyətlə bitirmiş, ingilis dilini yaxşı səviyyədə bilən tələbələrin arasından imtahanla seçilən şəxslər həmin Universitetə göndərilməsi və 3 il orada oxumaları nəzərdə tutulmuşdur. Həmçinin iki Universitet arasında digər sahələrdə də əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi nəzərdə tutulmuşdur.

Qonaqlar Tətbiqi riyaziyyat və kibernetika, Mexanika riyaziyyat fakültələrinin birinci kurs ingilis bölməsinin tələbələri ilə də görüşmüşlər.

Mətbuat və İnformasiya şöbəsi, 17 oktyabr 2012-ci il.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
12/11/2026