“İlin ən yaxşı tələbəsi” müsabiqəsinin qalibləri mükafatlandırılıb

24/12/2015

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbələr arasında tədris göstəriciləri, nizam-intizamı, universitetin ictimai həyatında fəallığı ilə fərqlənən, tələbə yoldaşları arasında xüsusi nüfuza malik olan tələbələrin müəyyən edilməsi məqsədi ilə “İlin ən yaxşı tələbəsi” adlı seçki müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimini keçirib. BDU-nun rektoru, akademik Abel Məhərrəmov "İlin ən yaxşı tələbəsi" adını qazanan tələbələri təbrik edib. O, universitetdə ictimai fəallığı və akademik göstəriciləri ilə fərqlənən tələbələrə hər zaman Azərbaycanı dünyada layiqincə təmsil etməyi arzu edib. Akademik Abel Məhərrəmov qalib tələbələri beynəlxalq olimpiadalarda daim bayrağımızı uca tutmağı arzu edib. Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov da çıxış edərək ulu öndər Heydər Əliyevin gənclərə, onların təhsilinə daim böyük diqqət və qayğı göstərdiyini xatırladıb. O, ilin yekunlarına dair hesabatla çıxış edib. Daha sonra THİK-in dəstəyilə Prezident İlham Əliyevin doğum gününə həsr olunmuş "Sabaha İlhamla" adlı musiqili videoçarx nümayiş olunub. BDU rektoru Abel Məhərrəmov müsabiqədə qalib olmuş tələbələrə diplomlar təqdim edib. Tədbir tələbələrin hazırladığı konsert proqramı ilə davam edib.

Mətbuat və informasiya şöbəsi, 24 dekabr 2015-ci il.

Xəbərlər

BDU-da Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin nümayəndə heyəti ilə görüş

BDU-da Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin nümayəndə heyəti ilə görüş
30/01/2026

2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
30/01/2026

2026-cı il Gənclər üçün Prezident mükafatçılarından 2-si BDU-nun məzunudur

2026-cı il Gənclər üçün Prezident mükafatçılarından 2-si BDU-nun məzunudur
30/01/2026