Malayziyanın ali təhsil müəssisələrinin nümayəndələri BDU-da

27/11/2025

Bakı Dövlət Universitetində (BDU) Malayziya ali təhsil müəssisələrinin nümayəndələri ilə görüş keçirilib.

Qonaqları salamlayan BDU rektoru Elçin Babayev onlara Universitetin fəaliyyəti, elmi tədqiqat və təhsil mühiti, beynəlxalq reytinqlərdə mövqeyi, beynəlmiləlləşmə istiqamətində gördüyü işlər barədə məlumat verib. O, Malayziya universitetləri ilə xüsusilə magistratura və doktorantura səviyyələrində geniş əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb.

Elçin Babayev qeyd edib ki, Malayziya universitetləri ilə akademik mübadilə, ikili diplom proqramları, elmi-tədqiqat layihələri, birgə konfransların təşkili istiqamətlərində əməkdaşlıq mühüm nəticələr verə bilər.

Qonaqlar Azərbaycanın ən böyük ali təhsil müəssisəsi olan BDU ilə müxtəlif istiqamətlər üzrə akademik tərəfdaşlıqda maraqlı olduqlarını bildiriblər.

Xəbərlər

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026

BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir

BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir
23/10/2026