Maliyyə Monitorinqi Xidməti BDU-da maarifləndirici sessiya təşkil edib

04/03/2025

Bakı Dövlət Universitetində (BDU) Maliyyə Monitorinqi Xidməti tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə (ƏL/TMM) sahəsində ictimai maarifləndirməni gücləndirmək məqsədilə xüsusi sessiya təşkil olunub. Tədbirin əsas məqsədi ƏL/TMM sistemi üzrə beynəlxalq standartlar, milli qanunvericilik və Maliyyə Monitorinqi Xidmətinin fəaliyyəti barədə tələbələri məlumatlandırmaq olub.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin mütəxəssisi Fidan İsmayılova Maliyyə Monitorinqi Xidməti barədə tələbələrə məlumat verib, xüsusi sessiyanın tələbələr üçün əhəmiyyətindən danışıb. Daha sonra çıxış edən ƏL/TMM üzrə ekspert Fuad Əliyev Hüquq, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Tətbiqi riyaziyyat və kibernetika və Mexanika-riyaziyyat fakültələrinin tələbələrinə ƏL/TMM anlayışı, beynəlxalq standartlar və milli qanunvericilik, Maliyyə Monitorinqi Xidmətinin fəaliyyəti və beynəlxalq əməkdaşlığı barədə ətraflı məlumat verib. İştirakçıların mövzuya daha yaxından bələd olması üçün qlobal ƏL/TMM sistemi bağlı xüsusi videoçarx nümayiş etdirilib, Xidmətin Elektron Tədris Platforması təqdim olunub. Tələbələr platformanın modulları və təqdim olunan tədris resursları ilə tanış olublar.

Tədbirdə 200-dən çox tələbə iştirak edib.

 

 

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
21/08/2026

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026