“Müasir Biologiyanın innovasiya problemləri” mövzusunda VI beynəlxalq elmi konfrans

27/04/2016

Bakı Dövlət Universitetində ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş gənc alimlərin və tədqiqatçıların “Müasir Biologiyanın innovasiya problemləri” mövzusunda VI beynəlxalq elmi konfransı keçirilib. Konfransı giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin vətən və xalq qarşısındakı xidmətlərindən, təhsil və elmin inkişafındakı rolundan bəhs edib. Gənc alim və tədqiqatçılar üçün böyük əhəmiyyəti olan konfransın işinə uğurlar arzulayan rektor onun iki gün davam edəcəyini bildirib. Qeyd edib ki, konfransda Türkiyə, Albaniya, İran, Qazaxıstan, Özbəkistan, Çexiya və Rusiyada da daxil olmaqla ümumilikdə 108 məruzə dinləniləcək. Biologiya fakültəsinin dekanı, professor Akif Quliyevin çıxışından sonra konfrans işini “Bitki fiziologiyası, Biokimya, Biofizika və Molekulyar Biologiya”, “Zoologiya”, “İnsan və Heyvan fiziologiyası və Genetika”, “Botanika və Mikrobiologiya” bölmələrində davam etdirib.

Mətbuat və informasiya şöbəsi, 27 Aprel 2016-ci il.


Xəbərlər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
13/11/2026