“Mübahisələrin alternativ həlli: harmoniya və dialoq fəlsəfəsi” - BDU-da tədbir 

23/04/2026

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində Fəlsəfə kafedrasının təşkilatçılığı ilə “Mübahisələrin alternativ həlli: harmoniya və dialoq fəlsəfəsi” adlı tədbir keçirilib.

Fəlsəfə kafedrasının müdiri, dosent Kəmalə Pənahova “Memarlıq və şəhərsalma ili” çərçivəsində təşkil olunan tədbirin əhəmiyyətindən bəhs edib. O bildirib ki, müasir şəhərlər yalnız fiziki məkan deyil, müxtəlif sosial qrupların maraqlarının toqquşduğu kompleks sistemlərdir. Şəhərsalma prosesində bu maraqların uzlaşdırılması bəzən çətinlik yaradır və mübahisələrə səbəb olur. Bu baxımdan mediasiya sosial balansın və harmoniyanın qorunmasında mühüm rol oynayır. Qeyd olunub ki, davamlı və inklüziv şəhər inkişafı üçün mediasiya mexanizmlərinin şəhərsalma proseslərinə inteqrasiyası vacibdir.

Daha sonra 20 saylı Mediasiya təşkilatının direktoru Nicat İsmayılov və mediator psixoloq Səltənət Həsənova ölkəmizdə mediasiya institutunun formalaşması və mediasiya proseslərinin təşkili barədə məlumat veriblər. Çıxışlarda şəhərsalma mühitində yaranan əmlak mübahisələri, ailədaxili konfliktlər və onların mediatorların vasitəçiliyi ilə qarşılıqlı razılıq əsasında həlli yolları diqqətə çatdırılıb. Bildirilib ki, mediasiya məhkəmədənkənar alternativ həll üsulu kimi tərəflər arasında daha sağlam münasibətlərin qurulmasına şərait yaradır və əldə olunan razılaşmalar daha dayanıqlı olur.

Tədbir diskussiya şəraitində davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda çıxış edən fakültə dekanı Rövşən Cavadov mediasiyanın münaqişələrin idarə olunmasında ən perspektivli mexanizmlərdən biri olduğunu vurğulayıb. O qeyd edib ki, beynəlxalq təcrübəyə əsaslanan mediasiya modeli tərəflər arasında qarşılıqlı razılığın əldə olunmasına xidmət edir və cəmiyyətdə harmoniya ilə dialoq mühitinin formalaşdırılmasında mühüm əhəmiyyətə malikdir.

Xəbərlər

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026