Müdafiə Sənayesi Nazirliyi ilə BDU arasında elmi-texniki məhsulun hazırlanması və tətbiqi haqqında müqavilə imzalanıb

21/07/2023

Müdafiə Sənayesi Nazirliyi ilə Bakı Dövlət Universiteti (BDU) arasında elmi-texniki məhsulun hazırlanması və tətbiqi haqqında müqavilə imzalanıb.

Müqaviləni müdafiə sənayesi naziri Mədət Quliyev və BDU-nun rektoru Elçin Babayev imzalayıblar.

Müqaviləyə əsasən, BDU Müdafiə Sənayesi Nazirliyinin sifarişi əsasında elmi-texniki məhsulun hazırlanması və istehsalata tətbiqi işinin təşkilinə dair xidmət göstərəcək.

Mərasimdə çıxış edən müdafiə sənayesi naziri Mədət Quliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müdafiə sənayesi sürətlə inkişaf edir, yerli müdafiə məhsullarının istehsalına xüsusi diqqət göstərilir. Yerli müdafiə sənayesini daha da inkişaf etdirmək üçün ölkənin elmi müəssisələri ilə əməkdaşlıq xüsusi önəm daşıyır. Bu baxımdan BDU ilə elmi-texniki məhsulun hazırlanması və tətbiqinə dair imzalanan müqavilənı əhəmiyyətli əməkdaşlıq adlandırmaq olar.

BDU-nun rektoru Elçin Babayev də imzalanan müqavilənin ölkəmizin müdafiə sənayesinin inkişafı üçün əhəmiyyətini qeyd edib. Rektor diqqətə çatdırıb ki, son illər BDU-da aparılan islahatlar nəticəsində elm-innovasiya-sənaye-istehsalat əlaqələri  güclənib, tətbiq xarakterli tədqiqatların sayı çoxalıb. BDU-nun beş əsas prioritetindən biri kimya və yeni materiallar istiqaməti üzrədir. BDU-da müdafiə sənayesi istiqamətində yeni ixtisasların açılması və kadr hazırlığının aparılması istiqamətində işlər aparılır. Rektor müqavilə əsasında hazırlanacaq elmi-texniki məhsulun keyfiyyətinin yüksək olacağını və ölkəmizin müdafiə qabiliyyətinin daha da möhkəmlənməsinə töhfə verəcəyini qeyd edib.

Tərəflər birgə işçi qrupun yaradılması barədə də razılığa gəliblər.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb
06/09/2024

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
06/09/2024

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü
06/09/2024