Mədəniyyət-yaradıcılıq Mərkəzində ilk ədəbi-bədii tədbir baş tutub

22/02/2020

Bakı Dövlət Universitetində (BDU) yeni yaradılan Mədəniyyət-yaradıcılıq Mərkəzində ilk ədəbi-bədii tədbir keçirilib. Dəstəyə görə universitet rəhbərliyinə təşəkkürünü bildirən Mərkəzin direktoru Nailə Mirməmmədli tələbələrin sosial fəallığının artırılması, ictimai fəaliyyətinin stimullaşdırılması üçün əlindən gələni edəcəyini deyib və onları Mərkəzin işində yaxından iştirak etməyə çağırıb: “Azərbaycanın flaqman ali məktəbi sayılan Bakı Dövlət Universitetində Mədəniyyət-yaradıcılıq Mərkəzinin açılışı təhsil və mədəniyyət sahəsində vacib hadisədir. Mərkəz Azərbaycanın zəngin mədəniyyət və incəsənətinin, onun tarixi və ədəbiyyatının təbliği üçün əlverişli platforma olacaq”. Nailə Mirməmmədli fakültə rəhbərlərini Mərkəzə üzv olmaqda, Azərbaycan mədəni zövqünün qorunub saxlanılmasında tələbələrə dəstək olmağa çağırıb.

Tədbir konsert proqramı ilə davam edib. Tələbələrin iştirakı ilə milli rəqslər və musiqi nömrələri ifa edilib.

Qeyd edək ki, Mədəniyyət-yaradıcılıq Mərkəzi “Qabiliyyətlə qalibiyyət qazanaq” müsabiqəsinin keçirilməsini planlaşdırır. Müsabiqənin keçirilməsində məqsəd yaradıcı gənclərin potensialını üzə çıxarmaq, onları Mərkəzə cəlb etmək, tələbə ssenariləri əsasında bədii kompozisiyalar, komediya və dramların səhnələşdirilməsidir.

 

Xəbərlər

BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib

BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib
05/10/2026

BDU-da “Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” adlı Beynəlxalq fənlərarası seminar keçirilir

BDU-da “Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” adlı Beynəlxalq fənlərarası seminar keçirilir
05/10/2026

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb
05/10/2026