MDU-nun Təhsil fəlsəfəsi kafedrasının müdiri, f.e.n., dos. Brızqalova Yelena Vladimirovna Sosial elmər və Psixologiya fakültənin professor-müəllim həyyəti ilə görüşmüşdür

27/04/2012

2012-ci il 27 aprel tarixində Sosial elmlər və psixologiya fakültəsində unudulmaz və gələcəkdə ali məktəblərarası beynəlxalq əməkdaşlığı üçün geniş üfüqlər aça biləcək bir görüş olmub. MDU-nun Təhsil fəlsəfəsi kafedrasının müdiri, fəlsəfə elmləri namizədi, dosent Brızqalova Yelena Vladimirovna xüsusi dəvət əsasında fakültənin professor-müəllim heyəti ilə görüşüb. Olduqca maraqlı və canlı şəkildə keçmiş görüşdə alim öz kafedrası, fakültəsi və ali məktəbi haqında geniş məlumat verib, kollektivi düşündürən problemlərlə görüş iştirakçıları tanış edib.

Təhsil fəlsəfəsi kafedrasının yaradılması ideyası MDU-nun fəlsəfə fakültəsinin dekanı, Rusiya Elmlər Akademiyasının müxbir üzvü V.V.Mironova məxsusdur və MDU-nun rektoru, akademik V.A. Sadovniçinin dəstəyi ilə yaradılıb.

Müasir fəlsəfənin mühüm tərkib hissəsi olan təhsil fəlsəfəsi institusional hadisə olaraq tədqiqat obyektinin əhatə dairəsini daima genişləndirir. Təhsil fəlsəfəsi bütün Qərbi Avropa ölkələri və ABŞ-da peşəkar fəlsəfi təhsil kimi qəbul olunub və rolunun vacibliyi ilə şərtlənir. Rusiyada bu sahədə tədqiqatların aparılması və ixtisasın yaradılması prosesinin yalnız başlanğıcıdır.

Hal-hazırda, təhsil fəaliyyəti və inkişafı öz qanunauyğunluqları baxımından mürəkkəb ixtisaslaşdırılmış sistem kimi çıxış edir, çünki sosial həyatın artan dinamikası insan biliklərinin daima yeniləşmə ehtiyacı yaradır, artəq bu sahə şzü üçün bir universal statusu əldə etmişdir. Təhsil problemlərinin, eləcə də təhsil paradiqmalarının fəlsəfi əsaslandırılması olduqca əhəmiyyətlidir, çünki təhsildə böhran baş verir və inkişaf edir.

Bütün görüş iştirakçılarını narahat edən tədris prosesinin keyfiyyəti haqqında da söhbət gedib; təhsil müəssisələri daxilində ənənə, mütəxəssislərin səviyyəsi və cəmiyyətin ehtiyacları arasında fərq, bəzən də uşurum barədə də söhbət aparılıb. Təhsil sistemində islahatların aparılması üzrə təcrübəsi olan bir çox ölkələrdə, XXI əsrin qarşısında təhsilin keyfiyyətinin artırılması sahəsində strateji məqsədləri və vəzifələri fəlsəfi müzakirələrdə də öz ifadəsini tapır. Vətəndaş cəmiyyəti institutları sosial sabitlik və inkişafını təmin edir, cəmiyyətin sosial və mədəni bütövlüyünü, şəxsiyyətin sosiallaşmasını, milli iqtisadiyyatların rəqabət qabiliyyətini təmin edir. Burada həm də təhsil fəlsəfəsinin inkişafı bir tədqiqat tendensiyası və mütəxəssislərin hazırlığı proqramı kimi vacib bir məsələyə çevrilir.

Kafedranın fakültəsinin müstəqil təhsil və tədqiqat sahəsi kimi təhsil fəlsəfəsi sahəsini inkişaf etdirmək məqsədi var.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub
26/04/2024

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
26/04/2024