MEDİA-nın icraçı direktoru və Audiovizual Şuranın sədri BDU-nun Jurnalistika fakültəsinin qonağı olublar

08/04/2022

Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov və Audiovizual Şuranın sədri İsmət Səttarov Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin qonağı olublar.

Görüşdə BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və professor-müəllim heyəti iştirak edib.

Qonaqlar əvvəlcə Jurnalistika fakültəsinin Tədris tele-radio studiyasında efir və montaj otaqları, audiovizual studiyaların və BDU TV internet kanalının işi ilə tanış olublar.

Audiovizual Şuranın sədri İsmət Səttarov studiyanın praktik imkanlarından və yaradıcı mühitdən məmnunluğunu ifadə edərək müştərək layihələrin həyata keçirilməsini təklif edib. Bildirilib ki, Tədris tele-tradio studiyasının maddi-texniki potensialı əsasında müxtəlif formatlı proqramların hazırlanması mümkündür. Ölkənin radio və televiziya kanalları ilə əməkdaşlıq perspektivli layihələrin reallaşmasına imkan verəcək.

Üçtərəfli əməkdaşlıq imkanlarını yüksək qiymətləndirən MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov tələbələrin praktik fəaliyyətinin stimullaşdırılmasından danışıb. O, gələcəkdə MEDİA-nın dəstəyi ilə Jurnalistika fakültəsinin tələbələri üçün müsabiqə, treninqlərin və müxtəlif praktik seminarların təşkili barədə fikirlərini bildirib.

BDU-nun prorektoru Əliş Ağamirzəyev və Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev əməkdaşlığın jurnalist kadrların yetişdirilməsi istiqamətində faydalı nəticələr verəcəyinə əmin olduqlarını ifadə ediblər.

Xəbərlər

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib
25/04/2024

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş
25/04/2024

BDU və Çinin Hefei Texnologiya Universiteti arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib

BDU və Çinin Hefei Texnologiya Universiteti arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib
25/04/2024