“Media Könüllüləri - 145” layihəsi çərçivəsində növbəti təlimlər

11/03/2021

Azərbaycanda Türkiyənin tanınmış yeni media mütəxəssisləri, Nişantaşı Universitenin müəllimləri onlayn təlimlər keçirir. Təlimlərə 20 dövlət təşkilatının, 20 media qurumunun sosial media menecerləri, eyni zamanda Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri də iştirak edir. Təlimlərin məqsədi Azərbaycanda bu sahədə çalışan menecerlərin, həmçinin BDU-nun Jurnlistika Fakültəsinin tələbələrinin praktiki biliklərinin artırılmasına dəstək olmaqdır. Nişantaşı Universitenin müəllimləri Özlem Tuğçe Keleş “Yeni media və rəqəmsal media planlaması”, Zeliha Ocak “Yeni media və jurnalistikanın inkişafı”, Yelda Şenkal isə “İctimaiyyətlə əlaqələr və media“ mövzularında seminar verirlər. Təlimlər martın 12-dək davam edəcək.

Təlimdə iştirak edənlərə Nişantaşı Universitetinin və Global Journalism Council-in sertifikatları veriləcək.

Qeyd edək ki, təlimlər Parlament Jurnalistlər Birliyinin “Media Könüllüləri - 145” layihəsi çərçivəsində BDU-nun Jurnalistika fakültəsi ilə birgə həyata keçirilir.

Layihə çərçivəsində Nişantaşı Universitetinin müəllimləri  bundan öncə də azərbaycanlı tələbələr üçün televiziya jurnalistikası ilə bağlı təlimlər keçib. Məqsəd Azərbaycanın gələcək jurnalistlərinin dünyaya çıxışını təmin etmək, bilik və bacarıqlarını artırmaqdır. Bundan sonra ayrı-ayrı dillər və sahələr üzrə təlimlər davam etdiriləcək.

Xəbərlər

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026