Mediasiya Şurası BDU-nun Sosial iş ixtisasında təhsil alan tələbələri üçün mühazirə təşkil edib
17/10/2022
Bakı Dövlət Universiteti (BDU) və Mediasiya Şurası arasında əməkdaşlıq memorandumu öz bəhrəsini verməkdədir.
Şuranın yüksəkixtisaslı mütəxəssisləri ali təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsilalanların bilik və praktik bacarıqlarının təkmilləşdirilməsi, təhsil və təcrübənin sıx inteqrasiyasının təmin edilməsi məqsədilə BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin Sosial iş ixtisasında təhsil alan tələbələri üçün mühazirə təşkil edib.
Mühazirədə tələbələrin gələcək sosial işçilər kimi Mediasiya Şurasına verə biləcəyi töhfələrdən bəhs edilib, tələbələri düşündürən suallar cavablandırılıb.
Tədbirdə Şurada könüllü kimi çalışan tələbələrə sertifikatlar təqdim edilib və növbəti könüllülük proqramına tələbə qəbulu elan olunub.

Xəbərlər
BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
