Meksikanın Azərbaycandakı səfiri Bakı Dövlət Universitetində olub

20/05/2016

Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardinin Bakı Dövlət Universitetində olub. Qonağı qəbul edən rektor, akademik Abel  Məhərrəmov BDU-nun elm-təhsil sahəsindəki uğurlarından, beynəlxalq əlaqələrindən, o cümlədən xarici universitetlər ilə həyata keçirdiyi layihələrindən bəhs edib. BDU-nun Anahuak Mexiko Del Sur Universiteti ilə əlaqələrindən danışan rektor, bu ölkənin digər ali təhsil ocaqları ilə münasibətlərin qurulmasında maraqlı olduğunu diqqətə çatdırıb.

Səfir, öz növbəsində, təmsil etdiyi ölkə universitetləri ilə BDU arasında nəzərdə tutulan bütün layihələrin həyata keçirilməsinə dəstək olacağını qeyd edib. Rodrigo Labardinin BDU-nu zəngin ali təhsil ocağı kimi dəyərləndirib, universitetin laboratoriya və mərkəzlərinin onda xoş təəssürat yaratdığını bildirib. Universitetdə təhsil və elmin inkişafı üçün qabaqcıl texnologiyanın tətbiq edildiyini qeyd edən səfir, müəllim-tələbə heyəti üçün münbit şəraitin yaradıldığını da bildirib.

Qeyd edək ki,  Rodrigo Labardinin hüquq və iqtisadiyyat sahəsində təhsil alıb. Bu sahədə iki kitab və onlarla elmi məqalənin müəllifi olan səfir Amerikanın bir sıra universitetlərində,  beynəlxalq hüquq, insan hüquqları, ekstradisiya, əks-terror və terror, beynəlxalq müqavilələr mövzularında dərslər aparıb.

Mətbuat və informasiya şöbəsi, 20 may 2016-cı il.

Xəbərlər

BDU-da elmi seminar: “Quran dilinin özünəməxsus tərkibləri”

BDU-da elmi seminar: “Quran dilinin özünəməxsus tərkibləri”
11/02/2026

BDU məzunları üçün karyera inkişaf layihəsinə start verilib

BDU məzunları üçün karyera inkişaf layihəsinə start verilib
11/02/2026

BDU-da Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş silsilə tədbirlərə başlanılıb

BDU-da Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş silsilə tədbirlərə başlanılıb
10/02/2026