“Məhəmməd İqbalın urdu ədəbiyyatındakı yeri” mövzusunda elmi seminar

26/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində “Məhəmməd İqbalın urdu ədəbiyyatındakı yeri” mövzusunda elmi seminar keçirilib.

Seminarın məruzəçisi, İran filologiyası kafedrasının baş müəllimi Aygün Aslan qeyd edib ki, Məhəmməd İqbal təkcə XIX-XX əsr Hindistan və Pakistan ədəbiyyatının, xüsusən bu ədəbiyyatın urdu qolunun mütəfəkkir şəxsiyyəti deyil, ümumşərq ədəbiyyatı kontekstində fərqlənən böyük sənətkardır. Orta əsrlər Şərq poeziyasının ənənələrinə sadiq  olan Məhəmməd İqbal fars, ərəb, urdu, ingilis, alman dillərində əsərlər yazıb. O, Əfqanıstanda, Türkiyədə, Orta və Yaxın Şərq ölkələrində və Avropada olduqca məşhurdur. Təsadüfi deyil ki, ədibin ədəbi və fəlsəfi-estetik irsi Pakistan və İrandan sonra ən çox Türkiyədə öyrənilir, tədqiq edilir.

Aygün Aslan daha sonra müasir urdu ədəbiyyatını və buradakı son ədəbi prosesləri də geniş təhlil edib.

Seminar mövzu ilə bağlı müzakirələrlə davam edib.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda
04/09/2026

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
04/09/2026