“Milli-mənəvi dəyərlər Qarabağ mədəniyyəti konteksində” adlı tədbir keçirilib

01/12/2020

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq və Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlər Qarabağ mədəniyyəti konteksində” adlı onlayn tədbir keçirilib.

Tədbir iştirakçılarını salamlayan Şərqşünaslıq fakültəsinin dekan müavini Şahin Yusifli Vətən müharibəsində əldə olunan qələbə münasibətilə iştirakçıları təbrik edib.  “Əsir düşmüş mədəni abidlərin gələcək taleyi” mövzusunda çıxış edərək, Qarabağ ərazisində mövcud olan mədəni abidələrin tarixi haqqında ətraflı məlumat verib.

Tətbiqi riyaziyyat və kibernetika dekan müaviniləri Şamo Cəbrayılov və Fərhad Mirzəyev milli-mənəvi dəyərlər mövzusunda keçirilən tədbirlərin vacibliyini vurğulayıb, gənc nəslin bu dəyərlərin qorunmasında aktiv iştirakının önəmindən bəhs edib və cəmiyyətin inkişafında milli-mənəvi dəyərlərin rolunu qiymətləndiriblər.

Şərqşünaslıq və Tətbiqi riyaziyyat və kibernetika fakültələrinin tələbələri Qarabağ mədəniyyəti, ayrı-ayrı dini konfessiyaların nümayəndələrinin Qarabağda birgə yaşayış tarixi, Şuşa şəhərinin adət-ənənələri barədə məlumat veriblər. Tələbələr çıxışlarında qeyd ediblər ki, ölkəmizin bütün gəncləri kimi, Bakı Dövlət Universitetinin tələbələri də əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin həyata keçirilməsinə öz töhfəsini verməkdədir. Tələbə-gənclər eyni zamanda əsrlər boyu cilalanmış, zamanın sınaqlarından çıxmış, xalqımızın özünəməxsus milli meyarlarına çevrilmiş milli-mənəvi dəyərlərin xalqımızın yüksək əxlaqi xüsusiyyətlərinin təcəssümü olduğuna diqqət çəkiblər.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026