«Mir Cəlal görkəmli yazıçı və ədəbiyyatşünas kimi» mövzusunda məqalə müsabiqəsinin təqdimetmə mərasimi keçirilib - VİDEO

19/12/2013

Bu gün Bakı Dövlət Universitetində «Aşıq Şəmşir» Mədəniyyət Ocağı İctimai Birliyinin Bakı Dövlət Universiteti ilə birgə təşkil etdiyi, görkəmli yazıçı və ədəbiyyatşünas Mir Cəlal Paşayevin anadan olmasının 105 illiyinə həsr olunmuş «Mir Cəlal görkəmli yazıçı və ədəbiyyatşünas kimi» mövzusunda məqalə müsabiqəsinin təqdimetmə mərasimi keçirilib. Tədbiri girişi sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov XX əsr milli ədəbi-bədii fikir tariximizdə müstəsna rol oynamış Mi Cəlal Paşayevin həyat və yaradıcılığından bəhs edib. Qeyd edib ki, Mir Cəlal Paşayev ədəbiyyatımızın inkişafı və onun məzmunca zənginləşməsində mühüm rol oynayıb. Rektor habelə böyük ədibin tədqiqatçı alim kimi fəaliyyətindən də bəhs edib. Sona İlahiyyat fakültəsinin dekanı, professor Vasim Məmmədəliyev, BDU-nun kafedra müdiri, dosent Ədibə Paşayeva, Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev, Mir Cəlalın tədqiqatçısı, professor Şirindil Alışanlı, «Aşıq Şəmşir» Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Şəmşiroğlu da görkəmli alim haqqında danışbılar. Bildiriblər ki, Mir Cəlal Paşayev xalq yaradıcılığı ilə klassik bədii irsin qabaqcıl ənənələrinin vəhdətini yeni formada yaşadan görkəmli yazıçıdır.

Sonra «Mir Cəlal görkəmli yazıçı və ədəbiyyatşünas kimi» mövzusunda məqalə müsabiqəsinin qalibləri elan edilib və onlara İctimai Birlik adından diplom və pul mükafatları təqdim olunub. 1-ci yerin qalibi Jalə Abdullayeva, 2-ci yerin qalibi Nihal Qüdrətli və 3-cü yerin qalibi Anar Fərəcov olublar. Daha 10 nəfər həvəsləndirici mükafata layiq görülüb.

Mətbuat və informasiya şöbəsi, 19 dekabr 2013-cü il.

Xəbərlər

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası
18/04/2024

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək
18/04/2024

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər
18/04/2024