Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri Əbdülqadir Sabir Mansur BDU-da oldu

24/04/2009

Aprelin 23-də Bakı Dövlət Universitetində Misir Mədəniyyət Günləri çərçivəsində bu ölkənin Azərbaycandakı səfiri Əbdülqadir Sabir Mansur, Misir Mədəniyyət Mərkəzinin sədri Adil Dərvişlə rektor, akademik Abel Məhərrəmovun görüşü keçirildi. İkitərəfli görüşdə əsasən tələbə mübadiləsi barədə müzakirələr aparıldı. Misirin ölkəmizdəki səfirliyinin təşkil etdiyi sərgiyə baxışdan sonra tədbir böyük akt zalında davam etdirildi. Mərasimi açan rektor, akademik Abel Məhərrəmov bu günün universitet həyatında əlamətdar olduğunu bildirərək qonaqların hər birini ayrı-ayrılıqda salamladı. Rektor Abel Məhərrəmov səfir Əbdülqadir Sabir Mansurun vəzifəsinin icrasına 6 aydır başlamasına baxmayaraq, BDU ilə sıx əlaqələr yaratdığını, bunun elm və təhsilin inkişafına çox böyük təkan verəcəyini xüsusi qeyd etdi. Misir Mədəniyyət Mərkəzinin rəhbəri Adil Dərvişin isə 1984-cü ildə BDU-da təhsil aldığını xatırladan rektor adıçəkilən Mərkəzin 10 ildən çoxdur fəaliyyət göstərdiyini, bu müddətdə ölkələrimiz arasında əlaqələrin inkişafına xeyli təkan verdiyini də tədbir iştirakçılarının diqqətinə çatdırdı: «Mən 10 il əvvəl bu Mərkəzin açılışında iştirak etmişəm. İlk tədbir görkəmli ərəbşünas alim Aida xanım İmanquliyevanın elmi fəaliyyətinə həsr olunmuşdu. Həmin gündən etibarən Mərkəzin fəaliyyətini izləyir və yüksək qiymətləndirirəm». Akademik Abel Məhərrəmov diqqəti bir məqama da yönəltdi. Qeyd etdi ki, Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri, məhz, Misir Ərəb Respublikası olub. Xalqlarımız arasında böyük oxşarlığın olduğunu vurğulayan rektor, ölkələrimiz arasında yaranmış əlaqələrdə Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin xidmətlərini də xüsusilə qeyd etdi. BDU-da misirli tələbələrin, Misirin ayrı-ayrı universitetlərində isə azərbaycanlı tələbələrin təhsilinə toxunan rektor, əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini ifadə etdi. Misir Mədəniyyət Mərkəzinin rəhbəri Adil Dərviş isə çıxışına ölkəsinin prezidenti Hüsnü Mubarəkin sözləri ilə başladı: «Təhsil hər bir cəmiyyəti təsis etmək üçün əsas amildir». BDU-da riyaziyyat üzrə təhsil aldığını deyən Adil Dərviş Misirin Qahirə, İskəndəriyyə, Eynş-Şəms və digər universitetlərində oxuyan tələbələrin sayının iki milyondan artıq olduğunu diqqətə çatdıraraq həmin tələbələrin dünyəvi təhsilə daha çox maraq göstərdiklərini bildirdi. Səfir Əbdülqadir Sabir Mansur Azərbaycanı ikinci vətəni hesab etdiyini bildirərək xalqlarımız arasındakı oxşarlıqdan bəhs etdi. Prezident İlham Əliyevin 2007-ci ildə Misirə səfərini xatırladan diplomatik korpusun rəhbəri səfər çərçivəsində bir sıra müqavilələrin imzalandığını diqqətə çatdırdı. Bildirdi ki, bu müqavilələrdən biri, məhz, mədəni və elmi sahəni nəzərdə tutur ki, bu da 2009-cu ildə həyata keçriləcəkdir.
Tədbir Misirdən ölkəmizə təşrif buyuran rəqs qruplarının ifası ilə davam etdi.

Xəbərlər

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş
24/04/2024

BDU tələbələri üçün təlim: “Ailə milli-mənəvi dəyərlərin əsas daşıyıcısı kimi”

BDU tələbələri üçün təlim: “Ailə milli-mənəvi dəyərlərin əsas daşıyıcısı kimi”
24/04/2024

BDU tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

BDU tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər
24/04/2024