Misir səfirliyinin Təhsil Əlaqələri Mərkəzinin müdiri Beynəlxalq jurnalistika kafedrasında olub

28/10/2016

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasında Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Attaşesi, Səfirliyin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi, mərkəzin əməkdaşları Kəmalə İsgəndərova və Fərid Camalovun iştirakı ilə görüş keçirilib.

Qonaqları salamlayan kafedra müdiri, professor Həmid Vəliyev kafedranın yaranma tarixi, fəaliyyət istiqamətləri, tədris edilən fənlər barədə  məlumat verib. Fakültə rəhbərliyi, kafedranın professor-müəllim heyəti iştirak etiyi görüşdə Misirin jurnalistika təhsili verən fakültələrinin, media qurumlarının Beynəlxalq jurnalistika kafedrası ilə əlaqələrinin yaradılması, kafedranın Misir mətbuatı ilə bağlı “Yeni dünya jurnalistikası” və “Xarici ölkələrin jurnalistika tarixi” kursuna daxil olan mövzular üzrə misirli mütəxəssislərin mühazirələrinin təşkili kimi məsələlər müzakirə edilib, kafedra üzvləri əlaqələrin yaradılması istiqamətində bir sıra təkliflə səsləndiriblər.

Görüşün keçirilməsindən məmnunluğunu ifadə edən Əhməd Sami Elaydi Beynəlxalq jurnalistika kafedrası ilə əməkdaşlıq əlaqələrinin uğurlu olacağına əminliyini ifadə deyib. Səsləndirilən təkliflərin hər birinə öz münasibətini bildirən Əhməd Sami Elaydi, yaxın gələcəkdə onların həyata keçirilməsi istiqamətində görüləcək işlərdən danışıb. Qeyd edib ki, səfirlik jurnalistika fakültəsi tələbləri üçün ərəb dili kurslarının təşkili, səfirlik və Misir Mədəniyyət Mərkəzində istehsalat təcrübələrində iştiraklarının təmin edilməsi, bu ölkənin mətbuatı ilə bağlı tədqiqat aparan beynəlxalq jurnalistika kafedrası müəllimləri, magistrantları və doktorantlarının ədəbiyyat və digər vəsaitlərlə təmini, o cümlədən təcrübə mübadiləsi istiqamətində dəstək vermək niyyətindədir.

Görüş qarşılıqlı maraq doğuran məsələlələrin müzakirəsi ilə başa çatıb.


Mətbuat və informasiya şöbəsi, 28 oktyabr 2016-cı il.

Xəbərlər

BDU və “BP Eksploreyşn (Kaspian Si) Limited” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

BDU və “BP Eksploreyşn (Kaspian Si) Limited” arasında əməkdaşlıq müqaviləsi imzalanıb
18/02/2026

BDU-nun əməkdaşı Azad Nuriyev vəfat edib

BDU-nun əməkdaşı Azad Nuriyev vəfat edib
18/02/2026

bp-nin regional prezidenti Cio Kristofoli BDU-nun Faydalı qazıntılar muzeyinin fəaliyyəti ilə tanış olub

bp-nin regional prezidenti Cio Kristofoli BDU-nun Faydalı qazıntılar muzeyinin fəaliyyəti ilə tanış olub
18/02/2026