Misirli jurnalistlər BDU-da

30/11/2017

Bakıda keçirilən "İslam Həmrəyliyinin güclənməsində medianın rolu" adlı konfrans çərçivəsində Misir Ərəb Respublikasından olan media nümayəndələri Bakı Dövlət Universitetində olublar. Qonaqları salamlayan rektor, akademik Abel Məhərrəmov 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin sərəncamından, bununla bağlı ölkədə, eləcə də Bakı Dövlət Universitetində keçirilən tədbirlərdən bəhs edib. IV İslam Həmrəylik oyunlarının Bakıda keçirilməsini müsəlman ölkələri nümayəndələrinin Azərbaycanda toplanması baxımından əlamətdar hadisə olduğunu diqqətə çatdıran rektor, eyni zamanda, BDU haqqında məlumat verib, tədris prosesindən, universitetin beynəlxalq əlaqələrindən, Misir universitetləri ilə işbirliyindən danışıb.

“Əl-Vətən” qəzetinin və “Əl-Həyat” TV şəbəkəsinin baş redaktoru Mahmud Muslim, “Əl-Vafd” qəzetinin baş redaktoru Zəki Sədəni, “Əl-Əhram” qəzetinin baş redaktoru Muhəmməd Həbib, “Əl Əhram Əl-Məsai” qəzetinin baş redaktoru əla Sabit, “Əl-Şuruq” qəzetinin baş redaktoru İmaduddin Həsən, “Əxbar əl-Yaum” qəzetinin baş redaktoru Rüfət Fəyyad BDU-da olmaqdan məmnunluqlarını ifadə edib, Misir və Azərbaycan şərqşünas alimləri və jurnalistləri arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması, birgə layihələrin, konfransların keçirilməsi məsələlərini müzakirə ediblər.

Görüş çərçivəsində qonaqlar BDU-nun Jurnalistika fakültəsinin Tədris-teleradio studiyasında və Şərqşünaslıq fakültəsində olublar.

Mətbuat və informasiya şöbəsi, 30 noyabr 2017-ci il.


Xəbərlər

BDU-nun Hüquq fakültəsi WUF13 çərçivəsində xüsusi mühazirə təşkil edib

BDU-nun Hüquq fakültəsi WUF13 çərçivəsində xüsusi mühazirə təşkil edib
21/05/2026

BDU-nun həmtəşkilatçılığı ilə Qazaxıstanda Birinci Bakı Türkoloji Qurultayına həsr olunmuş Beynəlxalq simpozium keçirilir

BDU-nun həmtəşkilatçılığı ilə Qazaxıstanda Birinci Bakı Türkoloji Qurultayına həsr olunmuş Beynəlxalq simpozium keçirilir
21/05/2026

BDU-da təlim: “Karyera yolunda ünsiyyət, CV və peşə seçimi”

BDU-da təlim: “Karyera yolunda ünsiyyət, CV və peşə seçimi”
21/05/2026