Əməkdar elm xadimi Natiq Atakişiyev BDU-da elmi seminar keçirib

18/11/2025

Bakı Dövlət Universitetində (BDU) akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Fizika və Mexanika-riyaziyyat fakültələrinin birgə təşkilatçılığı ilə elmi seminar keçirilib. Seminarda Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Natiq Atakişiyev “5-ölçülü diskret Furye çevrilməsinin Nyuton bazisində məxsusi vektorları” mövzusunda məruzə ilə çıxış edib.

Professor Natiq Atakişiyev 5-ölçülü operatorun məxsusi qiymətlərinin və məxsusi vektorlarının tapılması üçün sadə analitik yanaşma təklif edildiyini bildirib. Bu yanaşma operator və onun kompleks qoşma cütünün diskret əksetmə operatoruna görə simmetriyasının mövcudluğuna əsaslanıb. Bu yeni yanaşma kəsilməz halda yaxşı məlum olan psi- funksiyasının diskret analoqu daxil edilməklə operator və onun kompleks qoşma cütü üçün yaradılıb. Kəsliməz halın psi-funksiyasının digər məlum ifadəsi əsasında isə məxsusi vektorların diskret analoqlarının aşkar şəkli, Nyuton bazis çoxhədlilərinin müəyyən funksiyaya olan hasili vahidlərində tapılıb.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.

 

Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026