Əməkdar jurnalist Azər Həsrət Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb

08/12/2017

Əməkdar jurnalist, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin 4-cü kurs tələbələri ilə görüşüb.
Tədbiri giriş sözü ilə açan Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli qonağı fakültədə görməkdən məmnunluğunu ifadə edib, görüşün keçirilməsinin məqsədi barədə qısa məlumat verib.
Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev dəvəti qəbul etdiyinə görə Azər Həsrətə təşəkkür edib.
CASCFEN sədri sosial media, onun ənənəvi media ilə fərqi, Facebook, Tvitter, LinkedIn kimi kimi sosial şəbəkələrdən, onların mənfi və müsbət cəhətləri kimi məsələlərdən bəhs edib. Eyni zamanda, görüşdə tələbələrə jurnalistlik fəaliyyətindən söz açıb, onları sosial medianın imkanlarından daha aktiv istifadə etməyə çağırıb.
Sonda qonaq tələbələrin fikir və təkliflərini dinləyib, onları maraqlandıran çoxsaylı sualları cavablandırıb, müəllifi olduğu “Virtual aləmdə etik normaların gözlənilməsi”, “Bir əsgərin yaşantıları” adlı kitablarını tələbələrə hədiyyə edib.

journalism.bsu.edu.az

Xəbərlər

Görkəmli uşaq şairi Zahid Xəlil BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ilə görüşüb

Görkəmli uşaq şairi Zahid Xəlil BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ilə görüşüb
06/04/2026

BDU-nun Biologiya fakültəsində duzluluq stresinin bitkilərə təsiri tədqiq olunur

BDU-nun Biologiya fakültəsində duzluluq stresinin bitkilərə təsiri tədqiq olunur  
06/04/2026

BDU-nun komandası Özbəkistanda keçirilən beynəlxalq kibertəhlükəsizlik yarışında uğurla iştirak edib

BDU-nun komandası Özbəkistanda keçirilən beynəlxalq kibertəhlükəsizlik yarışında uğurla iştirak edib
06/04/2026