Əməkdar mədəniyyət işçisi Aygül Qaradağlı BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb

01/12/2022

Əməkdar mədəniyyət işçisi, aparıcı Aygül Qaradağlı Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin qonağı olub.

Əvvəlcə Jurnalistin nitq mədəniyyəti fənninin müəllimi Xatirə Hüseynova tələbələrə Aygül Qaradağlının yaradıcılığı barədə məlumat verib, onun televiziya və radiodakı fəaliyyətindən, xüsusilə dublyaj sahəsində rolundan danışıb.

Səmimi görüşün təşkilinə görə minnətdarlığını bildirən Aygül Qaradağlı gənclərlə ünsiyyətdən məmnunluğunu diqqətə çatdırıb. Sözün qüdrəti, insanlar arasında ünsiyyətin önəmi, televiziya aparıcısının iş xüsusiyyətləri, jurnalistin nitq mədəniyyətinin təməl prinsipləri barədə ətraflı məlumat verib. Aygül Qaradağlı danışıq texnikasının inkişafına dair praktik məşğələlərdən əyani nümunələr göstərib.

Qonaq atası – Azərbaycanda peşəkar diktorluq məktəbinin banisi Aydın Qaradağlının yaradıcılığından da danışıb.

Görüşdə iştirak edən dekan müavini Samir Mirzəyev, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova belə tədbirlərin gənclərin təhsilində və günyagörüşünün inkişafında səmərəsindən bəhs ediblər.

Xəbərlər

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası
18/04/2024

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək
18/04/2024

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər
18/04/2024