“Müəllim, məni öz içimdə alicənab və nəcib insan yaratmağa ruhlandır” adlı seminar keçirilib

26/02/2020

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrası və Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Müəllim, məni öz içimdə alicənab və nəcib insan yaratmağa ruhlandır” adlı elmi-pedaqoji seminar keçirilib. Seminarda fakültənin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Fakültə dekanı Elçin Məmmədov çıxış edərək müəllimlik peşəsinin çətinliklərindən, məsuliyyətindən və vacib cəhətlərindən danışıb, keçirilən seminarın tələbələr üçün mühüm əhəmiyyət daşıdığını və belə tədbirlərin davamlı təşkil olunmasını vurğulayıb.

Humanist pedaqogikanın himni səsləndirildikdən sonra “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə IV kurs tələbələri - Zeynəb Əzimova, Sona Məhərrəmova, Dünya Quliyeva, Əfsanə İbrahimova, Badam Mursalıyeva və Samirə Şirinova müxtəlif mövzularda məruzə ediblər. Məruzələrdən sonra müəllimlik peşəsi ilə bağlı aforizmlərdən ibarət təqdimat nümayiş olunub, IV kurs tələbəsi Nigar Qayıbovanın nitqi ilə gələcəyin müəllimlərinin andiçmə mərasimi keçirilib. Daha sonra professor Mətanət Abdullayeva, Adil Xasayev çıxış edərək bu cür seminarların keçirilməsinin zəruriliyindən söz açıb, tələbələrə öz tövsiyələrini verərək onlara uğurlar arzulayıblar.

Sonda məruzəçilərə sertifikat, professor Mətanət Abdullayevaya və TEC-in sədri Məleykə Mirzəliyə təşəkkürnamə təqdim olunub.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub
26/04/2024

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
26/04/2024