Bakı Dövlət Universiteti Beynəlxalq Astronavtika Federasiyasının rəsmi üzvü seçilib

03/10/2023

Bakı Dövlət Universiteti (BDU) Beynəlxalq Astronavtika Federasiyasının (BAF) Baş Assambleyasının 2023-cü il üçün ilk sessiyasında rəsmi üzv seçilib. Bu seçki 2-6 oktyabr 2023-cü il tarixlərində Bakı şəhərində keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi (IAC 2023) çərçivəsində baş tutub.

BDU-da astrofizika, kosmos və əlaqəli sahələrdə də araşdırmalar aparılır. Beynəlxalq Astronavtika Federasiyasının rəsmi üzvü seçilməsi BDU-nun bu sahələrdə uğurlu layihələrinin sayını daha da artıracaq.

BAF-ın rəsmi üzvü olaraq BDU Azərbaycanı beynəlxalq tədqiqatlar sahəsində daha geniş təmsil edəcək. Bu, eyni zamanda Azərbaycanın kosmos sahəsindəki inkişafına, yeni əməkdaşlıq və tədqiqat imkanlarının yaranmasına töhfə verəcək. Digər tərəfdən, BDU-nun BAF-ın rəsmi üzvü seçilməsi Universitetin astrofizika və kosmos sahələrində tədqiqatlarda nüfuzunu daha da artıracaq.

BDU bu nailiyyəti kosmos tədqiqatları və inkişafı sahəsindəki səmimi əməkdaşlıq və təşəbbüsünün bir nəticəsi kimi qəbul edir. BAF-ın rəsmi üzvü seçilməsi Universitetin inkişafının növbəti bir addımıdır.

Xəbərlər

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü
13/06/2026

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb
13/06/2026

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub
13/06/2026