Moldova Elmlər Akademiyasının şöbə müdiri BDU-da ustad dərsi keçib

05/05/2021

Moldova Elmlər Akademiyasının Qaqauz araşdırmaları şöbəsinin müdiri, Komrat Dövlət Universitetinin dosenti Liubovi Çimpoeş Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin professor-müəllim heyəti, gənc tədqiqatçıları və tələbələri üçün Türk xalqlarının kitab və kitabxana mədəniyyəti fənnindən onlayn ustad dərsi keçib.

Dosent Liubovi Çimpoeş əvvəlcə 44 günlük Vətən Müharibəsində Azərbaycanın qazandığı parlaq qələbə münasibətilə iştirakçıları təbrik edib, bu zəfərin azərbaycanlılarla eyni soy-kökə mənsub olan qaqauz türklərində böyük fərəh və qürur hissi yaratdığını bildirib.

Alim mühazirəsində öncə türk dillərinin oğuz qrupuna aid olan qaqauz dili, ədəbiyyatı, qaquz türklərinin tarixi və zəngin mədəniyyəti barədə məlumat verib. Qaqauz türklərinin kitab və kitabxana mədəniyyəti, bölgədə kitabxana-informasiya fəaliyyətinin müasir vəziyyəti və perspektivləri barədə ərtaflı bilgilər verən L.Çimpoeş qeyd edib ki, 1994-cü ildə Moldova parlementinin qərarı ilə yaradılan Qaqauz Yeri muxtar qurumunda digər fəaliyyət sahələri ilə yanaşı, bəhs olunan sahənin də inkişafında bir sıra nailiyyətlər əldə edilmişdir. Hazırda Qaqauz Yerində 40-a yaxın böyük kitabxananın, bundan əlavə isə xeyli sayda universitet, kollec, məktəb və eləcə də uşaq kitabxanalarının fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. Komrat Dövlət Universitetinin kitabxanasının və Türkiyə Cümhuriyyətinin keçmiş prezidenti Süleyman Dəmirəlin təşəbbüsü ilə yaradılan Atatürk kitabxanasının xidmət səviyyəsinə görə xüsusilə fərqləndiyi, daha çox elektron resurslara malik olduğu qeyd olunub. Bildirilib ki, cəmiyyətin həyatında kitabxanaların rolu günbəgün artır, kitabxanalar artıq sadəcə kitab saxlayıcısı kimi deyil, sosial institutlar və mədəniyyət mərkəzləri funksiyasını da yerinə yetirirlər. Qaqauz Yerində kitabxana-informasiya fəaliyyəti ilə paralel olaraq nəşriyyat-poliqrafiya sahəsinin də müasir vəziyyəti barədə məlumat verən məruzəçi qeyd edib ki, xüsusilə Qaqauz yazarlar Birliyinin dəstəyi ilə son illər xeyli sayda tarixi, elmi, bədii əsərlər, folklor nümunələri yenidən  latın qrafikası ilə çap edilərək yayımlanır, eyni zamanda həmin kitablar kitabxanaların fondlarını zənginləşdirir.

Ustad dərsi auditoriya tərəfindən maraqla dinlənilib, dosent Liubovi Çimpoeş dinləyicilərin mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırıb.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılışı

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılışı
26/07/2025

BDU-nun Hüquq fakültəsinin 12 məzunu dünyanın nüfuzlu universitetlərinin magistraturasına qəbul olub

BDU-nun Hüquq fakültəsinin 12 məzunu dünyanın nüfuzlu universitetlərinin magistraturasına qəbul olub
25/07/2025

BDU-nun iki məzunu beşinci “Yüksəliş” müsabiqəsinin qalibidir

BDU-nun iki məzunu beşinci “Yüksəliş” müsabiqəsinin qalibidir
25/07/2025