Bakı Dövlət Universiteti
Azərbaycan xalqının milli sərvətidir!
Heydər Əliyev

"Morri tipli fəzalarda operatorlar və tətbiqləri" mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb

13/07/2017

Türkiyənin Ahi Evran Universitetində (Kırşehir) Bakı Dövlət Universitetinin professoru, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyevin 60 illik yubileyinə həsr olunmuş "Morri tipli fəzalarda operatorlar və tətbiqləri" mövzusunda 15 ölkədən 100-ə qədər alimin iştirak etdiyi beynəlxalq elmi konfrans öz işinə başlayıb. Konfransda Azərbaycan, Rusiya, Yaponiya, Polşa, Hindistan, Tunis, İtaliya, Pakistan, İngiltərə, Qırğızıstan, Qazaxıstan, İran, Çex və başqa respublikalardan alimlər iştirak ediblər.

Dünyanın müxtəlif ölkələrindən alim və mütəxəssislərin qatıldığı tədbirin açılışında universitetin rektoru, professor Vatan Karakaya çıxış edərək görkəmli alimin dünya riyaziyyat elmində öz yerini tapdığını, elmlə yanaşı, pedoqoji fəaliyyətlə məşğul olduğunu, alimlər nəsli, böyük tələbə ordusu yetişdirdiyini diqqətə çatdırıb.

Konfransda Rusiya Xalqlar Dostluğu Universitetinin nəzdində S.M. Nikolski adına Riyaziyyat İnstitutunun direktoruç professor Viktor Burenkov, Ankara Universitetinin professoru Ayhan Şerbetci OMTSA2017-də çıxışlarında alimin riyazi nəzəriyyə və tətbiqlərin ciddi problemlərin həllinə yönələn yüksək nəzəri səviyyəsi ilə fərqlənən əhəmiyyətli elmi tədqiqatlarının olduğunu, çoxşaxəli zəngin yaradıcılığı ilə riyaziyyat elmimizin inkişafında mühüm rol oynayıb, öz elmi məktəbini yaratdığını xüsusi qeyd ediblər.

Açılışın sonunda rektor Vatan Karakaya Vaqif  Quliyevə xatirə olaraq konfrans hədiyyəsi təqdim edib.

Vaqif Quliyev 1983-cü ildə namizədlik dissertasiyasını Azərbaycan Dövlət Universitetində müdafiə edib. Elmi fəaliyyətini 1983-cü  ildən SSRİ EA-nın V.A. Steklov adına Riyaziyyat İnstitunda (Moskva) davam etdirib, 1994-cü ildə Moskva şəhərində Rusiya EA-nın V.A. Steklov adına Riyaziyyat İnstitutunda doktorluq dissertasiyasını müdafiə edib. 1997-ci ildə professor, 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib.

Vaqif Quliyev Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun rəyçisidir. Bununla yanaşı alim Riyaziyyat və Mexanika İnstitutunda elmi işlər üzrə direktor müavini və “Riyazi analiz” şöbəsinin əvəzçiliklə müdiri, Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin “Riyazi analiz” kafedrasında əvəzçiliklə professor vəzifəsində işləyir.

Vaqif Quliyev Bakı Dövlət Universitetinin meхanika-riyaziyyat fakültəsində, Azərbaycan EA Riyaziyyat və Meхanika İnstitunda, Ankara Universitetində (Ankara, Türkiyə) və Ahi-Evran Universitetində (Kırşehir, Türkiyə) aspirantlara və dissertantlara rəhbərlik edir.

İki elmlər doktorunun elmi məsləhətçisi olub, iyirmi elmlər namizədi və riyaziyyat üzrə fəlsəfə doktorları hazırlayıb.

V.S. Quliyev iki monoqrafiya (1996, 1999) və 250-dən çox elmi əsərlərin müəllifidir. Bunlardan 170-i nüfuzlu xarici jurnallarda, o cümlədən 150-si Thomson Reuters agentliyinin təyin etdiyi impakt faktorlu xarici jurnallarda çap olunub. MathSciNet Mathematical reviewsdə elmi əsərlərinə isinadlar 576, Google Scholarda isə elmi əsərlərinə isinadların sayı 1998-dir.

Alim Amerika Riyaziyyat Cəmiyyətinin "Soros Foundation" mükafatı,yüksək ixtisaslı kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı,  “NATO Science Prop Coll Linkage Grand“ mükafatı,  İNTAS layihəsində ən aktiv “team leader” mükafatı, "Avropa Nəşr Mətbu Evi" nin mükafat komissiyasının qərarı ilə “Ən yaxşi vətənpərvər tədqiqatçı alim qızıl medalı”   və  2017-ci ildə 60 illik yubileyi münasibəti ilə Azərbaycanda riyaziyyat elminin inkişafında xidmətlərini nəzərə alaraq AMEA-nın Rəyasət Heyəti tərəfindən Fəxri fərmanı-la təltif olunub.

V.S. Quliyev dəfələrlə dünyanın bir çox ölkələrin beynəlxalq konfranslarında "dəvətli məruzəçi" (invite lecturer) kimi çıxış edib.

Mətbuat və informasiya şöbəsi, 13 iyul 2017-ci il

Xəbərlər

BDU-nun prorektoru Xəzəryanı Ölkələrin Dövlət Universitetləri Assosiasiyasının iclasına qatılıb

BDU-nun prorektoru Xəzəryanı Ölkələrin Dövlət Universitetləri Assosiasiyasının iclasına qatılıb
19/10/2017

Fizika fakültəsində "Fizika bugün" adlı elmi seminar keçirilib

Fizika fakültəsində "Fizika bugün" adlı elmi seminar keçirilib
19/10/2017

BDU-nun folklorşünas alimi Ankarada Beynəlxalq Simpoziumda

18/10/2017